“Mona Liza” Luvrdakı əvvəlki yerinə qaytarılıb

Leonardo da Vinçinin (1452-1519) Luvr Muzeyinin təmiri ilə bağlı başqa zala köçürülmüş dünyaca məşhur “Mona Liza” (“Cokonda”) tablosu əvvəlki yerinə qaytarılıb.
Bu barədə Luvr Muzeyindən məlumat verilib. Belə ki, iki ay əvvəl muzey rəhbərliyinin göstərişi ilə bu şedevr Luvrun Rişelye hissəsində yerləşən Mediçi qalereyasına köçürülmüşdü. AFP agentliyinin xəbərinə görə, restavrasiya işləri zamanı rəsm əsərini qoruyan şüşə panel daha şəffaf və gülləkeçirməz materialla əvəz olunub. Bundan başqa, divarlar göy rəngdə boyanıb və muzeyin eksperti Vensan Delvanın sözlərinə görə, bunun sayəsində “tablonun rəngləri daha bariz görünür”. Restavrasiya layihəsində turistlərin zallar üzrə hərəkətinin asanlaşdırılması da nəzərə alınıb və indi muzeyin ziyarətçiləri özlərini daha rahat hiss edirlər.
Qeyd olunub ki, “Mona Liza”nın əsrin əvvəlindən bəri yerləşdiyi Dövlətlər zalı 15 il müddətində təmir olunmayıb. Muzey direktorluğunun məlumatına görə, bu vaxt ərzində burada 100 milyondan çox ziyarətçi olub. 2014-cü ildən başlayaraq Luvrda hissə-hissə təmir işləri aparılır və artıq 34 min kvadratmetrlik sahədə işlər başa çatıb.
“Mona Liza” tablosu Ginnesin Rekordlar Kitabının məlumatına görə, dünyanın ən bahalı rəsm əsəridir.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

