Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Azərbaycanda 5G texnologiyasının tətbiq ediləcəyi tarix açıqlanıb

Azərbaycanda 5G texnologiyasının tətbiq ediləcəyi tarix açıqlanıb

2025-ci ilə qədər MDB ölkələrində 5-ci nəsil kabelsiz mobil texnologiyaya (5G) qoşulanların sayı 54 milyon, mobil rabitə operatorlarının bu sahəyə yatırımları isə 27,3 milyard ABŞ dolları təşkil edəcək.

 Bu barədə Mobil Rabitə Sistemlərinin Qlobal Assosiasiyasının (GSMA) “Mobil iqtisadiyyat: Rusiya və MDB 2019” adlı araşdırmasında bildirilir. 

Sənəddə qeyd olunur ki, yaxın 6 il ərzində 5G şəbəkəsinə qoşulmaların 13%-i adıçəkilən ölkələrin payına düşəcək. Bundan başqa, qarşıdakı 15 il ərzində MDB ölkələrinin iqtisadiyyatı 5G texnologiyaları hesabına 34 milyard dollar gəlir əldə edəcək. 

MDB ölkələri arasında 5G texnologiyasını 2020-ci ildən Belarus və Rusiyanın, 2021-ci ildə Qazaxıstanın, 2022-ci ildə isə Azərbaycanın tətbiq edəcəyi bildirilir. 

Bundan başqa, araşdırma müəllifləri hesab edir ki, 2025-ci ilə qədər MDB ölkələrində 4G texnologiyasına qoşulanların sayı 292 milyon olacaq. 2018-ci ildə bu rəqəm 101 milyon olub. 

2025-ci ildə MDB ölkələrində smartfon qoşulmalarının 330 milyondan artıq olacağı, bütövlükdə qoşulmaların 77%-ni (2018-ci ildə 57% olub) smartfonların payına düşəcəyi ehtimal olunur. Araşdırma müəlliflərinə görə, həmin vaxt əşyaların internetindən əldə ediləcək gəlir 26 milyard dollara çatacaq, mobil əşyalar internetinə qoşulmalar isə 3 dəfədən çox artaraq 87 milyon dollar təşkil edəcək. Buna səbəb kimi “ağıllı şəhər”lərə, “ağıllı kommunal xidmətlər”ə marağın artması göstərilir. 

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi