Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 20:05 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Türkiyə prezidenti: "NATO bölgədə öz vəzifəsini yerinə yetirmir"

Türkiyə prezidenti: "NATO bölgədə  öz vəzifəsini yerinə yetirmir"

"Biz onlardan NATO-nun 5-ci maddəsinə əsasən soruşuruq: “Siz terrorçuların, yoxsa NATO üzvü olan Türkiyənin yanında olmalısınız?”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşməzdən əvvəl, Esenboğa hava limanında jurnalistlərə açıqlamasında bildirib.

O, son günlər Bəşşar Əsəd hakimiyyəti ilə terrorçu PKK/YPG-PYD-nin təsis etdiyi Suriya Demokratik Gücləri arasında danışıqlara da münasibət bildirib: “İndi bir çox dedi-qodular edilir. Kobanidəki antiterror əməliyyatına Rusiyanın müsbət yanaşması ilə bağlı problem olmayacaq. Menbic məsələsində ABŞ-la qarşılıqlı əlaqələrimizə əsasən, ABŞ 90 gün ərzində oranı boşaltmalı idi. Menbiçə biz yox, sahibləri ərəblər daxil olacaq". 

Biz onlardan NATO-nun 5-ci maddəsinə əsasən soruşuruq: “Siz terrorçuların, yoxsa NATO üzvü olan Türkiyənin yanında olmalısınız?”. Təbii ki bu suala cavab vermirlər. NATO üzvü olan yeganə müsəlman ölkə Türkiyədir. NATO-nun funksiyalarından biri həm də terrora qarşı mübarizədir. Ancaq NATO bölgədə öz vəzifsini yerinə yetirmir. NATO-nun baş katibi Yens Stoltenberqin məsələyə münasibəti çox fərqlidir", - deyə Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti Britaniyanın baş naziri Boris Consonla telefon danışığından da bəhs edib: “Boris Conson biz sizə necə yardım edə bilərik?” dedi”".  

Ərdoğan Suriya ilə sərhəddəki vəziyyətdən danışaraq bildirib: “600 top mərmisinin bizim torpaqlara atılmasına onların laqeyd qalması məlumdur. Şəhidlərimiz və yaralılarımz var. Evlərini boşaldanlar var”.

O, xarici KİV-in antiterror əməliyyatını təhrif etməsi ilə bağlı deyib: “Bu, onların taktikasıdır. İndi də eyni taktikadan istifadə edirlər. Onlar saxtakarlıqlar edəcək, biz isə doğrunu deyəcəyik. Onlar istədiyi qədər hədəfdən yayınsalar da, biz doğrunu deyəcəyik. Bunlar bizi həqiqəti deməkdən çəkindirə bilməz”.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi