Tramp: “Hər şeyi düzgün etməsəniz, tarixdə “şeytan” olaraq qalacaqsınız”

ABŞ prezidenti Donald Tramp, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana yazdığı məktubda kürdlərlə müqavilə bağlamağı təklif edərək, əks təqdirdə Türkiyə iqtisadiyyatını məhv edəcəyini bildirib.
Məktub oktyabrın 9-da göndərilib.
“Hər şeyi düzgün etsəniz, tarix sizə təşəkkür edəcəkdir. Əks təqdirdə, tarixdə “şeytan” olaraq qalacaqsınız. Sərt olmayın. Axmaq olmayın”, – mesajda deyilir.
Xatırladaq ki, oktyabrın 9-da Rəcəb Tayyib Ərdoğan Suriyanın şimal-şərqində “Sülh çeşməsi” əməliyyatına başladığını elan etmişdir. Bu əməliyyatın əsas məqsədi Türkiyənin cənub sərhədlərində terror dəhlizini dağıtmaq və regionda sabitliyi təmin etməkdir. Türkiyə mətbuatının verdiyi məlumata görə, əməliyyat Kürdüstan Fəhlə Partiyasına və Türkiyə ərazisində qadağan olunmuş İslam Dövləti terrorçu qrupuna qarşı yönəldilib.
Avropa ölkələrinin, xüsusən Fransa, Almaniya və Böyük Britaniyanın liderləri Suriyada başlayan hərbi əməliyyatı sərt şəkildə pisləyərək, BMT Təhlükəsizlik Şurasının çağrılmasına çağırıblar. Almaniya kansleri Angela Merkel, Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığında hərbi əməliyyata son qoyulmasının lehinə danışıb, Fransa isə Türkiyəyə silah tədarükünü dayandırıb.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

