Rusiyada plastik paketlərdən istifadə qadağan ediləcək

Rusiyada plastik paketlərdən istifadə qadağan ediləcək.
Bu barədə Rusiya İstehlakçıların Hüquqları və İnsan Sağlamlığının Müdafiəsi Sahəsinə Nəzarət üzrə Federal Xidmətdən ("Rospotrebnadzor") bildirilib.
Qeyd edilir ki, xidmət birdəfəlik plastik paketlərin istehsalının mərhələli şəkildə ixtisarı haqqında qanun layihəsini hazırlayır. Gələcəkdə plastik paketlərdən istifadənin tamamilə qadağan ediləcəyi güman olunur.
Qurumun mətbuat xidməti plastik paketlərin tamamilə qadağan ediləcəyi ilə bağlı konkret müddət dəqiqləşdirməyib.
"Biz emalı və "qapalı iqtisadiyyat" mexanizmlərinin tətbiqini dəstəkləyirik: plastik kütlələrin məmulatları tullantılar qrupuna daxil olur", - deyə mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, artıq bir sıra ölkələr bununla bağlı qəti addım atıblar. Məsələn, Gürcüstanda bütün növ plastik paketlərin istehsalı, idxalı və satışı hələ aprelin 1-də qadağan olunub. Portuqaliya 2020-ci ildə sellofan paketlərdən imtina edəcək. Bu ilin əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə plastik paketlərə qarşı "müharibə"nin başlandığını elan edib və ekoloji cəhətdən daha təmiz paketlərin və çətənə parçasından olan tor zənbillərin istehsalına çağırıb.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

