Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 20:05 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Türkiyə prezidenti: "Terrorçularla bir masaya oturmayacağıq"

Türkiyə prezidenti: "Terrorçularla bir masaya oturmayacağıq"

“Türkiyənin heç bir ölkənin torpaqlarında, heç bir cəmiyyətin azadlığında gözü yoxdur”.

 Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT World Forum”dakı çıxışında deyib.

Onun sözlərinə görə, terrorçularla bir masaya başqaları otura bilər: "Bu, bizi maraqlandırmır. Biz terror qruplaşması ilə masaya oturmadıq və oturmayacağıq. Başqaları otura bilər, ancaq bu bizi maraqlandırmır. Bir tərəfdən terrorçulara qarşı mübarizə deyəcəklər, digər tərəfdən də terrorçuları ərköyünləşdirəcəklər".

"Silah dolu 30 min TIR-ı kimə göndəriblər? Bunların çıxışında vurğuladıqları budur: “Bizim dollarımız var”, “neftimiz var”. Mən inanıram ki, fikir azadlığı dollara dəyişdirilməyəcək. Beynəlxalq ictimaiyyətdən iqtisadi, siyasi və sosial dəstək gözlədiyimiz halda bu addımı atmadılar. Terrora qarşı mübarizənin bizimlə bitəcəyini iddia edənlər yanılırlar. Bu, bir gün onların da qapısında olacaq. Avropa İttifaqı ölkələri, NATO üzvləri terror qruplaşmasını müdafiə etdilər. Odur ki, terrora qarşı olanlar bunu açıq şəkildə əməli olaraq göstərməlidir. Biz babalarımızın olduğu bütün yerlərdə - Asiyadan Afrikayadək hər yerdə varıq. Afrikadan Cənubi Amerikayadək bizə uzadılan əlləri tutacağıq. Biz özümüz üçün nə istəyiriksə, dünya üçün də onu istəyirk. Dünya I Dünya müharibəsindən sonra dünya deyil, dəyişib. BMT-də islahatlar həyata keçirməliyik. Terror qruplaşmalarının mirzələrindən deyil, bizi bizdən dinləyin”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi