Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 20:05 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

UEFA AVRO-2020-nin himnini yazacaq müəllifi müəyyənləşdirib

UEFA AVRO-2020-nin himnini yazacaq müəllifi müəyyənləşdirib

UEFA holland musiqiçisi Martin Qarriksi 2020-ci ildə keçiriləcək Avropanın çempionatının rəsmi himninin müəllifi seçib.

Martin Qarriks 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının bağlanışı mərasimini musiqi ilə müşayiət edib. Həmin il o, "Formula-1"  üzrə Yaponiya Qran-prisində də çıxış edib.

"Mən 2020-ci ilin futbol üzrə Avropa çempionatının himnini yazmaq imkanı ilə fəxr edir, sizin hamınızın onu eşidə biləcəyiniz anı səbirsizliklə gözləyirəm", - deyə 23 yaşlı Qarriks "Twitter"dəki səhifəsində yazıb.

AVRO-2020-nin rəsmi mahnısı və onu oxuyacaq müğənni yazda təqdim ediləcək. Mahnı yarışın açılış mərasimində - 12 iyun 2020-ci ildə Romada, "Olimpiko" stadionunda ifa olunacaq.

Musiqi və futbol azarkeşləri noyabrın 30-da Buxarestdə keçiriləcək AVRO-2020-nin final püşkatmasında Martin Qarriks ilə görüşmək şansı da əldə edə biləcəklər. Bu şansa sahib olmaq üçün www.euro2020.com/Martin-Garrix keçidinə daxil olmaq və şərtlərlə tanış olmaq lazımdır.

Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə qitənin 12 şəhərində - Londonda, Münhendə, Bakıda, Sankt-Peterburqda, Romada, Buxarestdə, Dublində, Kopenhagendə, Bilbaoda, Qlazqoda, Budapeştdə və Amsterdamda keçiriləcək. 

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi