Bakı
20.03° Buludlu
Ekspert
İndi Efirdə 18:05 - 19:00 Azər Bəyin təqdimatında
USD - AZN
EUR - AZN

Sabah Bakının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah Bakının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah Bakının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Vaqif Əsədov bildirib ki, Bakı şəhərində "Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar 25 oktyabr saat 08:30-dan "Heydər Əliyev Mərkəzi”, "Bakı Konqres Mərkəzi”, "Hyatt Regency” oteli istiqamətinə doğru kəsişən, bitişən küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək və xüsusilə paytaxtın Nərimanov rayonu ərazisindəki Xətai və Təbriz küçələri istiqamətində, Həsənoğlu və Qədirbəyov küçələri kəsişməsində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

V.Əsədov həmçinin bildirib ki, Bakı-Salyan yolunun 14-cü kilometrindən, yəni Lökbatan dairəsindən mərkəzə doğru hərəkət edən avtomobil sürücüləri kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə hərəkət etmələri nəzərdə tutulub: “Bir daha sürücülərin nəzərinə çatdırırıq ki, keçirilən tədbirlə əlaqəli paytaxtın Azneft dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, R.Rza, Bakıxanov, Y.Səfərov, K.Rəhimov, Ü.Hacıbəyov, Z.Əliyeva küçələri, İnşaatçılar, N.Nərimanov prospektləri, 10-cu zavod dairəsi, H.Əliyev prospekti, M.Hüseyn və T.Elçin küçələrinə bitişən və kəsişən digər küçələrdən sürücülər mümkün qədər avtomobillərdən istifadə etməsinlər”.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi