Ayrılsalar da, ona mahnı həsr edib

Selena Qomez uzun sürən depresiyanın ardından ötən gün “Lose you to love me” , bu gün isə “Look at her now” adlı kliplərini təqdim edib.
Bunlardan ən çox səs gətirəni isə “Lose you to love me” olub. Buna zəmin yaradan isə mahnının sözlərində müğənninin eks-sevgilisi Castin Biberə ismarıcların yer almasıdır.
Belə ki, Selena yeni mahnısı haqda bu sözləri deyir:
“Özümüzü kəşf etməyə gedən yolun həyatımızda iz qoyan hadisələrdən keçməsi gerçəyini qəbul etdiyimə görə bu mahnını bütün dünya ilə paylaşmaq mənim üçün önəmli idi. İnsanlar ümidlərini itirməməli, güclənib, özlərini daha yaxşı birinə çevirməlidir”.
Selena Qomez və Castin Biber uzunmetrajlı münasibətlərinin qırmızı düyməsinə sonuncu dəfə 2018-ci ildə toxunmuşdu. Bundan sonra müğənninin öz yuvasına çəkildiyi dönəmdə Biber vaxt itirmədən Heyli Boldvinlə yeni dənizlərə yelkən açdı.
İndəyədək Biber və Boldvinin xoşbəxt ailə tablosunu görsək də, medalın o biri tərəfində Selena Qomezin depresiv ruhu var imiş. O, yeni mahnısında yaşadıqlarını belə dilə gətirir:
“Hər şeyimi verdim və bunu hər kəs bilir. Məni kənara atdın və bütün gerçəklər indi ortaya çıxır. İki ay içərisində yerimə başqasını tapdın – sanki çox asan imiş... Məni həqiqətən də bunlara layiq olduğuma inandırdın”.
Ötən il Lupus xəstəliyi diaqnozu qoyulandan sonra depresiyaya girən ifaçı mahnıda həmin zamanlarda onu tək buraxmayan izləyicilərini də unutmayıb.
Bütün bunların fonunda Castin səssizliyini qorusa da, Heyli Selena mahnısını paylaşandan sonra İnstaqramında “I`ll kill you” adlı mahnını izləyiciləri ilə bölüşüb. Bu isə Selenatorlar (Selena Qomezin fanatları) tərəfindən yersiz reaksiya kimi qiymətləndirilib.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

