Elm adamı: 5-10 ildən sonra insan orqanlarının çapı mümkün olacaq

Bioçapın yaxın gələcəkdə yayğınlaşacağı bildirilir
Canlı orqanik hüceyrələrin süni formada istehsalı bugünün reallığına çevrilməyə başlayır. Bu sahədə dünyanın tanınmış mütəxəssislərindən biri olan Leybnis adına Hannover Universitetinin elm adamı Boris Çiçkov lazer bioçapı sahəsində hazırda gedən proseslərdən danışıb.
Çiçkovun sözlərinə görə, lazer bioçapında təkamül çox sürətlə gedir, ona görə də yaxın gələcəkdə onun işinin daha da genişlənməsi və yayğınlaşması ehtimalı böyükdür.
"Mənim fikrimcə, ən vacib məsələ budur ki, bu texnologiya insan orqanlarını yaratmağa və onların transplantasiyası zamanı riskləri azaldtmağa imkan verəcək. Əgər hazırkı tendensiya davam etsə, qarşıdakı 5-10 ildə biz uğurla çap edilmiş və yaradılmış orqanlar barədə eşidəcəyik. Həmçinin dəri çap etmək, kosmetik preparatların və bir digər bir çox şeylərin sınağı üçün nümunələr yaratmaq mümkün olacaq", - Çiçkov açıqlamasında deyib.
Onun bildirdiyinə görə, hazırda elm adamları dəri, qığırdaq, ürək, ciyər, böyrək üçün müxtəlif hüceyrələr çap edə bilirlər: "Dünyada indi bu istiqamətdə işlər görən çoxlu elmi mərkəzlər var. Həkimlər müasir tibbin bütün tapşırıqlarını təkbaşına həll etmək məcburiyyətində deyillər, bioloqlar, fiziklər, kimyaçılar, mühəndislər bir yerdə işləməlidirlər, uğurun sirri də bundadır".
"Təsəvvür edin avtomobiliniz üçün necə ehtiyat hissə alırsınızsa, özünüz üçün də gedib elə hissə ala bilərsiniz. Başlanğıcda bu əlbəttə, bahalı olacaq, amma zaman keçdikcə, vəziyyət dəyişəcək. Bundan başqa, texnologiya tamamilə zərərsizdir. Düşünürəm ki, bioprintinqin böyük gələcəyi var - məsələn, internet bizim həyatımızda necə nəhəng dəyişikliklər yaradıbsa, bu texnologiyanın da gəlməsi və bizim həyatımıza güclü şəkildə təsir etməsi mütləqdir", - deyə elm adamı fikrini tamamlayıb.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

