Alimlər Mona Liza ilə bağlı məşhur iddianın yalan olduğunu aşkar edib

"Mona Liza" rəsmi "Mona Liza effekti" doğurmur
Leonardo da Vinçinin "Mona Liza" rəsmi iki şeyə görə məşhurdur: sirli gülümsəməsinə və inadkar baxışına görə. Çox zaman belə inanc olub ki, Mona Liza otaqda daim öz tamaşaçılarını güdür, harada dayanmağından asılı olmayaraq, daim birbaşa sənə baxır.
Məhz buna görə də "La Giaconda" adıyla da tanınan bu əfsanəvi rəsm əsəri "Mona Liza effekti" deyilən elmi fenomenin adının ortaya çıxmasına səbəb olub. "Mona Liza effekti"nin açması budur ki, rəsmdəki subyekt harada dayanmağından asılı olmayaraq daim sənə baxır.
Amma Almaniyanın Bielefeld Universitetinin apardığı tədqiqat nəticəsində müəyyən olunub ki, "Mona Liza" rəsmi əslində, "Mona Liza effekti" doğurmur. Bu barədə tədqiqat işi "i-Perception" jurnalında dərc olunub.
"Mona Liza effekti"nin həqiqi olub-olmadığını müəyyən etməkdən ötrü Bielefeld Universiyeyinin professoru və tədqiqatın aparıcı müəllifi Gernot Horstmann 24 iştirakçı ilə Mona Lizanın baxışını ölçmək üçün sınaq həyata keçirib. Kompüter texnologiyası ilə həyata keçirilən sınaq nəticəsində müəyyən olunub ki, faktiki olaraq, rəsmdəki subyekt əslində tamaşaçının 15,4 dərəcə sağına, onun sağ qulağına, ya da çiynindən biraz yuxarı nöqtəyə baxır. Qısacası, Mona Liza mütləq şəkildə öz auditoriyasına baxmır.
"Mona Liza effektinin olmasına dair şübhə yoxdur", - Hortsmann açıqlamasında deyib: "amma bu "Mona Liza"nın özündə baş vermir".
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

