NASA Plutonun Günəş sisteminin doqquzuncu planeti elan edilməsini təklif edib

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) Plutonun Günəş sisteminin doqquzuncu planeti elan edilməsini təklif edib. Bu təşəbbüsü Vaşinqtonda keçirilən Beynəlxalq Aeronavtika Konqresində agentliyin direktoru Ceyms Braydenstayn irəli sürüb.
“NASA-nın rəhbəri olaraq mən Plutonun planet olduğuna inanıram” deyən Braydenstayn əlavə edib ki, bəzi astronomların qənaətinə görə, yalnız öz günəş orbitini təmizləyən göy cisimləri planet hesab edilə bilər. Onun sözlərinə görə, bu minvalla bütün planetləri cırtdan obyektlər kimi qiymətləndirmək olar, çünki onların heç biri öz orbitini tam olaraq təmizləmir. NASA-nın rəhbəri onu nəzərdə tutub ki, Günəş sistemindəki bütün planetlərin ətrafında asteroidlər mövcuddur. “Mən bu meyarı yersiz hesab edirəm, düşünürəm ki, planetlərin müəyyən edilməsində onların orbitin dinamikasında daim dəyişən parametrləri deyil, daxili dəyərləri nəzərə alınmalıdır”, -deyə Braydenstayn vurğulayıb.
Bu cür mübahisələrin 2016-cı ildə planetlərin təsbitinə necə təsir edəcəyi hələlik məlum deyil. Bir tərəfdən, NASA Plutonun planetlər cərgəsinə qaytarılması tərəfdarları üçün ciddi müttəfiqdir. Digər tərəfdən, onun təklifinin Beynəlxalq Astronomiya İttifaqı tərəfindən nəzərə alınıb-alınmayacağı da məlum deyil.
Braydenstaynın qaldırdığı məsələ ətrafında astronomlar uzun illər mübahisələr aparıblar. 1930-cu ildə Amerika astronomu Klayd Tombonun kəşf etdiyi Pluton digər göy cisimləri – kometa, asteroid və ulduzlara bənzəmədiyi üçün planet adlandırılıb. Sonradan astronomlar meyarları sərtləşdirərək hesab ediblər ki, Günəşin orbitində yerləşən yetərincə böyük, öz qravitasiyası ilə sferik formasını qoruyub saxlayan və Günəşin ətrafında “təmiz” orbitdə olan göy cisimləri planet sayılmalıdır. 2005-ci ildə astronom Maykl Braun ölçüləri Plutona bənzəyən Erida adlı göy cismini kəşf edib. Onun da planet hesab edilməsi seçimi qarşısında qalan astronomlar 2006-cı ildə Plutonun planet statusunu ləğv ediblər. Beynəlxalq Astronomiya İttifaqı onu cırtdan göy cisimləri sırasına daxil edib.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

