Livanın Baş Naziri Saad Hariri istefaya getməyi qərara alıb

Livanın Baş Naziri Saad Hariri koalisiya kabinetinin rəhbəri postundan istefa vermək qərarına gəldiyini elan edib.
Saad Hariri “Al Mayadeen” televiziyasının canlı yayımladığı müraciətində istefa barədə ərizəsini dövlət başçısına təqdim etmək üçün prezident sarayına yollanacağını deyib. “Mən bir çox livanlının istəyini həyata keçirmək üçün hökumətin istefası barədə xahişi Prezident Mişel Auna çatdırmaq məqsədilə Baabda sarayına gedirəm. Mənim istefam Prezidentin sərəncamında olan məsələdir”, - deyə Baş Nazir bildirib.
Onun sözlərinə görə, böhrandan çıxış yolu tapmağa və xalqın tələbinə cavab verməyə çalışsa da, bütün cəhdləri dalana dirənib. Hariri livanlıları sülhü qorumağa və iqtisadi vəziyyətin ağırlaşmasına yol verməməyə səsləyib.
Saad Haririnin istefa barədə bəyanatı ölkədə oktyabrın 17-dən davam edən etiraz aksiyaları fonunda səslənib. Nümayişçilər Beyrutun mərkəzi meydanlarında koalisiya kabinetinin istefasını, parlamentin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini istəyirlər.
Etirazçılar ötən həftə Prezident Mişel Aunun hakimiyyətlə konstruktiv dialoq təklifini və Baş Nazirin böhran əleyhinə islahatlar planını rədd ediblər.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

