Ərdoğan ABŞ Nümayəndələr Palatasının “erməni soyqırımı” ilə bağlı qərarına münasibət bildirib

“Türkiyə yeni bir istiqlal mübarizəsi aparır, zəfərə doğru addım-addım irəliləyirik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.
Türkiyə Prezidenti xəbərdarlıq edərək deyib ki, terror balonu nə zamansa erməni terrorunu, PKK-nı dəstəkləyənlərin əlində partlayacaq: “Qısa müddətdə əldə etdiyimiz uğur bəzilərinin təşvişə düşməsinə səbəb olub. 20 şəhidimiz var. Qərbdən olan heç bir dövlət şəhidlərimizlə bağlı bizə başsağlığı vermədi. Antiterror əməliyyatı nəticəsində isə 900-dən çox terrorçunu zərəsizləşdirmişik. Qərbdən olanlar bizdən davamlı olaraq soruşurlar: “Orada nə qədər qalacaqsınız?” Mən də onlardan soruşuram: “Siz nə vaxt çıxacaqsınız?”
R.T.Ərdoğan ABŞ-ın vitse-prezidenti Maykl Pensin Türkiyə səfəri zamanı əldə edilən razılaşmadan da danışıb, eyni zamanda ABŞ-ın Nümayəndələr Palatasında Türkiyə əleyhinə qəbul olunan qətnamələrə münasibət bildirib: “Oktyabrın 29-da Konqresdə qəbul edilən iki qətnamənin şahidi olduq. Bundan ölkəmizə qarşı sui-istifadə edə bilərlər. Bu qətnamələrin heç bir gücü yoxdur və biz onu tanımırıq. Açıq desəm, özləri çalıb özləri oynaycaqlar. Bununla belə ölkəmizə atılan iftiranın bir parlamentdə qəbul edilməsindən məyusuq. Onlara dedik ki, bu tarixçilərin, arxeoloqların işidir, səlahiyyət verək, onlar bu işi görsünlər. Buna siyasət donu geyindirməyək. Tarixləri soyqırım, köləlik və müstəmləkəçiliklə dolu olan ölkənin Türkiyəyə dərs keçmək, söz demək haqqı ola bilməz. Lazım olan cavablar veriləcək. ABŞ-la siyasi müttəfqiliyimizə dair problemlərin həll olunacağına da ümid edirəm”.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

