Kraliça II Elizabet növbədənkənar seçkilərin keçirilməsi haqqında qanunu imzalayıb

Böyük Britaniya kraliçası II Elizabet Birləşmiş Krallıqda dekabrın 12-də növbədənkənar seçkilərin keçirilməsi haqqında qanunu imzalayıb. Britaniya mətbuatına xəbər verir ki, beləliklə, parlamentin hər iki palatasında qəbul edilmiş həmin qanun layihəsi qüvvəyə minib.
Kraliçanın sənədi imzalamasından sonra noyabrın 6-da qanunverici orqanın aşağı palatası – İcmalar Palatası buraxılacaq. Bundan sonra siyasi partiyalar 25 gün ərzində seçki kampaniyası aparacaqlar.
Qeyd olunur ki, Böyük Britaniyanın Baş Naziri Boris Conson növbədənkənar seçkilər vasitəsilə Brexit üzrə Avropa İttifaqı ilə sazişin gələcək parlamentdə təsdiqinə nail olmaq fikrindədir. Hakim Mühafizəkarlar Partiyası İcmalar Palatasında səs çoxluğundan məhrum olub və oktyabrın 17-də Aİ ilə razılaşdırılmış sazişi parlamentdən keçirmək imkanını itirib.
“Financial Times” nəşrinin keçirdiyi ictimai rəy sorğusuna görə, seçkilər ərəfəsində hakim partiyanın mövqeyi daha güclüdür. Mühafizəkarlar seçicilərin 35 faizinin dəstəyinə malikdirlər. Leyboristlər isə 25 faizlə ikinci yerdədirlər. Brexit adlı parlamentdə təmsil olunmayan yeni partiya isə cəmi 11 faiz səs toplaya bilər.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

