Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 15:05 - 16:00 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

İsveç yollarında icazə verilən hərəkət sürəti azaldılır

İsveç yollarında icazə verilən hərəkət sürəti azaldılır

İsveç avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 1100 kilometrdən artıq yolda hərəkətin icazə verilən sürəti azaldılıb.

 Krallığın nəqliyyat idarəsi yolların çoxunda icazə verilən hərəkət sürətini saatda 90 kilometrdən azaldılaraq saatda 80 kilometrə endirilməsinə icazə verib. Bildirilir ki, qərar bu il noyabrın əvvəlindən qüvvəyə minəcək.

Nəqliyyat məmurlarının sözlərinə görə, bu tədbir 2025-ci ilə qədər bütün yollarda hərəkət sürətinin məhdudlaşdırılması siyasətinin bir hissəsidir. Hazırda İsveç avtomobil yollarının çoxunda icazə verilmiş hərəkət sürəti saatda 90 kilometrdə bərabərdir, lakin ikitərəfli hərəkət zolaqları arasında mərkəzi maneə yoxdur.

Qeyd edək ki, İsveç yolları dünyada ən təhlükəsiz yollardan biri hesab edilir. Krallığın yollarında ölüm hallarının sıfıra endirilməsinə dair hələ 1997-ci ildə qəbul edilmiş "Vision Zero" planına əsasən İsveçdə yol-nəqliyyat hadisələri nəticəsində ölüm və xəsarət hallarının tamamilə istisna ediləcəyi elan olunmuşdu.

Görülmüş tədbirlər nəticəsində 2000-ci ildən etibarən İsveçdə yol-nəqliyyat hadisələrinin sayını əvvəlki illərlə müqayisədə iki dəfədən çox azaltmaq mümkün olub. Öz növbəsində, yollarda ölüm halalrı da iki dəfədən çox azalıb. Məsələn, 1997-ci ildə İsveç yollarında 541 nəfər həyatını itirdiyi halda, 2017-ci ildə müvafiq rəqəm 251-ə bərabər olub.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi