Telefonun enerjisinə necə qənaət edək

Hər kəsə məlum olduğu kimi mobil telefonlardan sadəcə zəng üçün istifadə etmirik. Telefonlar bütün işlərimizin qısa zaman kəsiyində həll olunmasında köməkçi olan bir vasitədir. Belə olan halda, təbii ki, enerji problemi də özünü göstərir.
"Antenn.az" sizə enerjiyə necə qənaət etməyin yollarını təqdim edir:
İSTİFADƏ ETMƏDİYİNİZ TƏQDİRDƏ MOBİL BAĞLANTILARI SÖNDÜRÜN
Cihazda enerji sərfiyyatına ən çox səbəb olan mobil bağlantılardır. WiFi, 4G mobil bağlantı enerjini həddindən çox tükədir. İstifadə etmədiyiniz zaman bu bağlantıları söndürməyiniz məsləhətdir.
EKRANIN PARLAQLIĞINI BİR QƏDƏR AZALDIN
Telefonun enerjisini azaldan əsas səbəblərdən biri də ekranın parlaqlığının çox olmasıdır. Xüsusilə də, telefonda daha çox vaxt keçirirsinizsə, buna diqqət yetirməlisiniz. Ekran parlaqlığını azaltmaq enerji qənaətinə böyük ölçüdə təsir göstərir.
AÇIQ PROQRAMLARI BAĞLAYIN
İstifadə etdiyimiz proqramlar işlərimizi daha tez və asan şəkildə həll etməyə kömək edir. Ancaq istifadə etmədiyimiz proqramları daha sonra qeyri-aktiv hala gətirmədikdə enerji sərfiyyatına yol aça bilir. Arxa fonda daim aktiv olan proqramlar öz servisləri ilə enerjini azaldır və böyük ölçüdə enerji sərfiyyatına səbəb olur. Ona görə də istifadə etdikdən sonra açıq proqramları bağlamaqda fayda var.
TELEFONA ENERJİNİ TƏYYARƏ REJİMİNDƏ DOLDURUN
Əgər təcili bir zəng gözləmirsinizsə və telefona enerji doldurmaq lazımdırsa, cihazı "Təyyarə rejimi "nə keçirməyiniz məsləhətdir. Belə olduqda telefon daha sürətli enerji yığacaq.
DOĞRU TELEFON SEÇİN
Bütün bu yazdıqlarımız istənilən model üçün keçərlidir. Amma təbii ki, başlanğıcdan ilk addımı düzgün atmaq da önəmlidir. Batareya həcmi böyük olan telefonlara üstünlük verməyiniz məsləhətdir. Batareya həcmi nə qədər böyükdürsə enerji saxlama müddəti də bir o qədər artır. Məsələn, batareya həcmi 3000 mAh olan bir telefon sizi yarıyolda qoymaz. Ona görə də telefon aldıqda bu məqama xüsusi fikir verin.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

