Çində Alzeymer xəstəliyinə qarşı dərman rəsmən təsdiq olunub

Dərman tezliklə satışa çıxarılacaq
Çin rəsmiləri 17 ildə ilk dəfə koqnitiv pozuntunu müalicə etmək ehtimalı olan Alzeymer xəstəliyinə qarşı dərmanı təsdiq ediblər.
Çin dərman təhlükəsizliyi agentliyinin məlumatına görə, "Oligimannate" adlanan və dəniz yosunundan hazırlanmış dərman yüngül və orta dərəcədəki Alzeymer xəstəliyinin müalicəsində istifadə olunacaq. Ancaq rəsmi icazə şərtidir, klinik sınaqlar zamanı onun istifadəsinə monitorinq uyğulanacaq, əgər hansısa bir təhlükəsizlik məsələsi ortaya çıxarsa, dərman istifadədən götürülə bilər.
Çin Milli Elmlər Akademiyasının nəzdindəki Materia Medica Şanxay İnstitutunun tədqiqatçısı Genq Meyyunun apardığı araşdırmalar zamanı müntəzəm olaraq dəniz yosunu ilə qidalanan insanlarda Alzeymer xəstəliyinin az göründüyü müşahidə olunub. Müəyyən olunub ki, dəniz yosununun tərkibindəki şəkər bağırsaqlarda olan və nevroloji degenerasiyaya səbəb olmaqla, axırda Alzeymerə gətirib çıxaran bakteriyanın qarşısını alır.
Şanxay institutunun apardığı klinik sınaqlar zamanı mexanizm tibbi cəhətdən sübut olunub. 818 xəstə üzərində aparılan sınaqlar zamanı qəhvəyi yosundan alınmış "Oligomannate"nin Alzeymer xəstəliyi olan insanlarda statistik baxımdan koqnitiv funksionallığı yaxşılaşdırdığı müşahidə olunub.
"Bu nəticələr Alzeymer xəstəliyində rol oynayan mexanizmləri başa düşməyimizə töhfə verir və göstərir ki, bağırsaq mikrobiomu müalicənin aparılmasında əsaslı hədəfdir",- deyə Şanxay İnstitutunun məsləhətçisi, nevroloq Filip Şeltens bildirib.
"Oligomannate"nin Çində "çox tezliklə" satışda olacağı bildirilib, dərmanın kliniki sınaqlarına ABŞ-da və Avropada isə 2020-ci ilin əvvəllərində başlanacağı bildirilib.
Qeyd edək ki, yaddaşın itməsi və kəskin beyin zədələnməsiylə başlayan Alzeymer xəstəliyi 60-70% hallarda əqli xəstəliyə gətirib çıxarır. Dünya miqyasında 50 milyon insanın bu problemdən əziyyət çəkdiyi bildirilir.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

