Planetin ən böyük aysberqi Antarktikadan ayrılıb

A68 adlanan planetin ən böyük aysberqi Antarktikadan ayrılıb. "Antenn.az" xarici mətbuata istinadla xəbər verir ki, sahəsi 6 min kvadrat kilometr olan bu nəhəng buz adasının Ağ qitədən qopması ekoloji problemlərlə bağlıdır. Aysberqin iki il davam edən hərəkəti ABŞ-ın peykləri tərəfindən mütəmadi olaraq qeydə alınıb.
Peykin göndərdiyi videomaterialda aysberqin Ueddel dənizində fırlandığı və onun Antarktikanın yarımadasına doğru hərəkət etdiyi görünür. Ən nəhəng buz dağının çəkisi trilyon tondur, onun sahəsi isə dörd London və altı Moskva ərazisindən çoxdur. Alimlər bildirirlər ki, aysberq yaxın vaxtlarda çox da uzağa üzə bilməyəcək. Lakin zamanla küləklər onu dəniz marşrutlarının keçdiyi yollara apara bilər ki, bu da çox təhlükəlidir. Digər mütəxəssislər isə, aysberqlərin yaranması prosesinin hər 20 ildə bir baş verdiyini və bunun ətraf mühit üçün təhlükəli olmadığını bildirirlər. Onların sözlərinə görə, Antarktidanın materik hissəsində buz kütləsi yığılır və bir müddət sonra qoparaq dənizə yol alır.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

