“Bəzi hallarda tarixi binaları sökürlər, onların yerində eybəcər hündürmərtəbəli binalar tikirlər”

“Bakı şəhərinin nadir, özünəməxsus, tarixi memarlıq siması var. Bu, bizim böyük sərvətimizdir və hər bir tarixi binaya böyük diqqətlə yanaşılır. O binaların təmiri gərək elə aparılsın ki, onların tarixi görkəmi pozulmasın”.
Bunu Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, bəzi hallarda tarixi binaları sökürlər, onların yerində eybəcər hündürmərtəbəli binalar tikirlər: “Buna yol vermək olmaz. Bakının memarlığı bizim milli sərvətimizdir. İçərişəhər UNESKO tərəfindən qorunur. Deyə bilərəm ki, dünyada o qədər də çox şəhərlər belə qədim İçərişəhər kimi şəhərlərlə öyünə bilməz, bu, bizim böyük sərvətimizdir. Eyni zamanda şəhərin hər bir yeri abad olmalıdır. Bəzi yerlərdə ümumiyyətlə, küçə işıqları yoxdur, qəsəbələrdə, bir çox yerlərdə torpaq yollar var. Mən artıq bu barədə Azəravtoyol Agentliyinə ciddi tapşırıq vermişəm, siz də nəzarət edin. Yəni şəhərin hər bir yeri bizim üçün əzizdir. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil. Biz şəhərin infrastrukturunu, ilk növbədə, vətəndaşlar, ondan sonra turistlər, xarici qonaqlar üçün yaradırıq. Onlar da əlbəttə ki, özlərini Bakıda rahat hiss etməlidirlər. Ancaq biz, ilk növbədə, şəhər sakinlərinin problemlərini həll etməliyik. Ona görə siz rayon icra hakimiyyətlərinin başçılarını yığın və həm abadlıqla, həm də təsərrüfat işləri ilə bağlı müşavirə keçirin. İlk növbədə, xoşagəlməz hallara son qoyulmalıdır. Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət – bunlara son qoyulmalıdır. Əgər kim bu sahədə öz işinə düzəliş etməsə, biz o adamlarla vidalaşacağıq və bu, onlar üçün hələ ən yüngül cəza olacaqdır. Biz şəhərimizi inkişaf etdirməliyik. Bir daha demək istəyirəm ki, Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir və gələcəkdə də şəhərin inkişafı ilə bağlı əlavə addımlar atılacaqdır”.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

