Bakı
20.03° Buludlu
MAŞINDA
İndi Efirdə 13:05 - 14:00 Rəfailin təqdimatında
USD - AZN
EUR - AZN

İstanbulun bilinməyən onuncu adası - Vardonis

İstanbulun bilinməyən onuncu adası - Vardonis

Doqquz adasının olduğu bilinən İstanbulun əslində 1010-cu ildə baş vermiş dağıdıcı zəlzələdən sonra suya çökmüş onuncu adası da var - Vardonis.

Marmara dənizində yerləşən, İstanbulun onuncu adası olaraq bilinən və təxminən 1010-cu ilin iyul ayında baş vermiş dağıdıcı yeraltı təkanlar nəticəsində suyun altına çökən Vardonis adasının havadan şəkilləri çəkilib.

Mütəxəssislər arasında Vardonisin batması ilə bağlı fikir ayrılıqları da mövcuddur. Belə ki, bəzi elm adamları adanın təxminən min il əvvəl İstanbul ərazisində baş vermiş bir deyil, bir neçə dağıdıcı zəlzələ nəticəsində batdığını ehtimal edir. Vardonisin çökməsi o zamanlar digər adalarda yaşayan əhali arasında böyük təşvişə səbəb olub. Lakin sonralar aparılan araşdırmalar İstanbulun doqquz adasının qranit qayalıqlar, Vardonisin isə allüvial təbəqə üzərində olduğu sübut edilib ki, bu da adanın batmasına səbəb olub.

İstanbulun Maltepe rayonuna təxminən bir kilometr məsafədə yerləşən, hazırda bir çox insan tərəfindən bilinməyən Vardonis adasının səthində tarixi əsərlərin olduğu bildirilir.

Tarixçilər tərəfindən “Manastır Qayalıqları”, “Bostancı çökən ada” və “Höreke” adları ilə Vardonis iki kiçik adadan ibarət olub.

Bizans dövründə əsası monastırdan ibarət olan ada, eyni zamanda sürgün edilən şəxslərin saxlandığı məkan kimi də istifadə edilib.

Adanın araşdırılmasına cəlb olunan mütəxəssislər burada kilsə divarlarının hələ də mövcud olduğunu deyirlər. Onların sözlərinə görə bu növ tikililərə İstanbulun Kartal, Tuzla, Avcılar rayonlarında da rast gəlmək mümkündür.

Batmış adanın gələcəkdə dəniz turizminə açılması planlaşdırılır.

 

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi