Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Dollar milyonçusu olan ölkə

Dollar milyonçusu olan ölkə

Dünyada dollar milyonçularının sayı azalsa da, Norveçdə bu qəbildən olan insanların sayı artmaqdadır. Hazırda 174 mindən çox norveçli dollar milyonçusu hesab olunur.

"Antenn.az"  xarici mətbuata istinadla xəbər verir ki, norveçli dollar milyonçularının sayı 2007-ci ildən bəri 3 dəfə artıb. Lakin 2017-ci ildən 2018-ci ilədək artım cəmi 2,4 faiz təşkil edib.

Bu göstəricilər “Capgemini” iri konsaltinq və texnoloji şirkətinin “2019-cu ilin dünya sərvətləri barədə məruzə” adlı hesabatında əks olunub. Hesabatda əsas yaşayış yerinin hüdudlarından kənarda 1 milyon həcmində kapital qoyulan əmlaka sahib olan şəxs dollar milyonçusu kimi müəyyən edilir. Hesabatda deyilir ki, Norveçdə zənginlərin orta artım sayı qismən daşınmaz əmlaka qoyulan qiymətlərin tarazlaşdırılması və fond birjalarında artım sürətinin aşağı düşməsi ilə xarekterizə edilir. İpotekaya və faiz artımına daha ciddi tələblər Norveçin daşınmaz əmlak bazarını ruhdan salır. Bu, həmçinin ölkədə ötən il müşahidə edilən rifah halının şübhəli artımına da səbəb olur. Eyni zamanda, Norveç dollar milyonçularının müsbət artımı müşahidə edilən az sayda olan qərb ölkələrinin sırasına daxildir.

Bununla belə, məruzəyə əsasən, son 7 il ərzində arası kəsilməyən artımdan sonra bütün dünyada dollar milyonçularının sayı 0,3 faiz azalıb. Dollar milyonçularının sayının azalması əsasən fond birjalarındakı vəziyyətdən, xüsusən də Cənub-Şərqi Asiya iqtisadiyyatında müşahidə olunan zəifləmədən asılıdır. Eyni zamanda, “Capgemini”də qeyd edildiyi kimi, Brexit və bir neçə nəhənglər arasında gedən ticarət müharibələri bəzi bazarlarda qeyri-müəyyənlik yaradır. Bu, bütün dünyada dollar milyonçularının ümumi aktivlərinin 3 faiz azalmasına gətirib çıxarıb. Ən çox azalma Cənub-Şərqi Asiyadadır, Çinin payına dünyada ümumi azalmanın dörddəbirindən çoxu düşür.

Azalma ən zənginlərin arasında sərvətlərin zəifləməsi ilə əhəmiyyətli dərəcədə bağlıdır. Lakin Yaxın Şərqdə bu meyil ziddiyyət təşkil edir. Burada dollar milyonçularının aktivləri 2017-ci ildən 2018-ci ilədək 4 faiz, dollar milyonçularının sayı isə 6 faiz artıb.

Qeyd edək ki, “Capgemini”nin hesabatına görə, dünyada yaşayan dollar milyonçularından hər on nəfərin altısından çoxu Amerika Birləşmiş Ştatlarında, Yaponiyada, Almaniyada və Çində yaşayır.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi