Bakı
20.03° Buludlu
MAŞINDA
İndi Efirdə 12:05 - 13:00 Rəfailin təqdimatında
USD - AZN
EUR - AZN

AVRO-2020-nin rəsmi topu təqdim edilib

AVRO-2020-nin rəsmi topu təqdim edilib

UEFA AVRO-2020 üçün rəsmi oyun topunun adını açıqlayıb. 

 Mötəbər yarışın topu ingiliscə "birlik" (unity) və "eyforiya" (euphoria) sözlərinin birləşməsi ilə “Uniforia” adlandırılıb. Bu top gələn il keçiriləcək çempionatınturnirin bütün qitəni ruhlandıracağını qeyd etmək üçün hazırlanıb. 

AVRO-2020-nin matçları Avropanın 12 müxtəlif ölkəsində keçiriləcəyindən, “Uniforia”nın tərtibatı körpülərin kəsişməsi, hüdudların qarışması, həmçinin sənət və futbolun təkrarolunmaz qarışığı ilə turniri müşayiət edəcək müxtəliflik anlayışlarını əhatə edir. Bu elementlər 2018-ci ildə start götürmüş tərtibat prosesinin başlanğıc nöqtələri olub. 

Turnirin yeni transkontinental formatının əksi olan “Uniforia”nın tərtibatı topun üstündən qalın, qara fırça ilə çəkilmiş hüdudların qarışmasını və sərhədlərin kəsişməsini göstərən xətlərdən ibarətdir. Turnirin müxtəlifliyini və fərqli mədəniyyətlərin bir araya gəlməsini göstərmək məqsədilə, bu geniş ştrixlər parlaq və açıq rəngli qısa xətlərlə kəsişir.

Qeyd edək ki, AVRO-2020 iyunun 12-də İtaliyanın paytaxtı Romada start götürəcək və iyulun 12-də İngiltərənin paytaxtə Londondakı “Uembli” stadionunda keçiriləcək final oyunu ilə yekunlaşacaq. Matçlar Avropanın 12 ev sahibi şəhərində - Bakı (Azərbaycan), Amsterdam (Hollandiya), Bilbao (İspaniya), Buxarest (Rumıniya), Budapeşt (Macarıstan), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), Qlazqo (Şotlandiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya) və Sankt-Peterburq (Rusiya) təşkil olunacaq.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi