“Google” şirkəti istifadəçilərin səs yazılarını dinlədiyini etiraf etdi

Google şirkəti Google Assistantistifadəçilərinin xəbəri olmadan onların səs yazılarını izləməsi mövzusunda avropalı jurnalistlərin ittihamlarına reaksiya verib. Şirkət istifadəçilərin danışıqlarının yazıldığını etiraf edib və həmin səsyazmaların internetə sızdırılma səbəblərini açıqlayıb. Bu barədə The Verge saytına istinadən 4pdasaytı xəbər verib. Qeyd etmək lazımdır ki, Belçikanın VRT News adlı mediaşirkəti istifadəçilərin Google Assistant ilə ünsiyyət zamanı yazılmış mindən çox səsyazmalarını təqdim edib.
Bununla belə həmin danışıqlardan böyük bir hissəsi “Ok, Google” əmrinin verilməməsi halında da yazılıb. Bu səbəbdən Google şirkəti öz müştərilərini izləməsi üzrə ittiham olunub. Şirkətin mətbuat xidməti buna reaksiya verib və bu barədə bəyanat təqdim edib. “Bu, nitq texnologiyalarının yaradılmasının vacib kritik hissəsidir və o, Google Assistant kimi məhsulların yaradılması üçün lazımdır” – deyə şirkət təmsilçiləri bildiriblər.
Şirkət təmsilçisi həmçinin qeyd edib ki, bəzən cihaz səhvən ətrafdakı səsləri əmr kimi qəbul edərək aktivləşə bilir. Buna görə də Google-a istifadəçinin deməyə planlaşdırmadığı səs yazıları gəlir. Google bildirib ki, həmin səs yazılarının aid olduğu şəxsin kimliyinin sirr olaraq qalması üçün bütün tədbirləri görür və cihazın “Ok, Google” əmri olmadan səhvən kənar səslər vasitəsilə aktivləşməsinin qarşısını almaq üçün xüsusi mexanizm üzərində çalışır. Şirkətin məlumatına əsasən əməkdaşlar bütün səsyazmaların yalnız 0.2%-ni dinləyirlər. Bununla belə onlara səsyazmaların fonunda olan danışıqların və kənar səslərin deşifrələməsi qadağan olunub.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

