Türkiyə ağacəkmədə ən yüksək göstərici üzrə Ginnesin "Rekordlar" kitabına düşüb

Türkiyədə Milli Ağacəkmə Günündə bir saat ərzində əkilmiş ağac şitillərinin miqdarı üzrə yeni dünya rekordu əldə edilib.
Bu barədə "Anadolu" agentliyi xəbər verir.
Qeyd edilir ki, həmin gün Çorum əyalətində bir saat ərzində 303150 ağac əkilib. Bu göstəricini Ginnesin "Rekordlar" kitabının nümayəndələri qeydə alıblar.
Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli bildirib ki, əvvəlki dünya rekordu İndoneziyaya aid olub. Həmin ölkədə bir saat ərzində 232647 ağac əkilib.
Onun sözlərinə görə, Türkiyə Milli Ağacəkmə günündə Çorumda bu rekordu üstələyib.
Ginnesin "Rekordlar" kitabının nümayəndəsi Subaşi Hemçi bir saat ərzində əkilmiş (303150) ağacların miqdarı üzrə dünya rekordunu qeydə alıb. Rekord Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyinə aiddir", - Pakdemirli deyib.
Onun sözlərinə görə, Türkiyə bu tədbirə bir neçə ay əvvəl hazırlaşıb. Ölkədə Milli Ağacəkmə günündə ümumilikdə 11 milyon ağac əkilib.
Pakdemirli ekoloji təşəbbüsə verdiyi dəstəyə görə həmvətənlərinə təşəkkür edib.
Türkiyədə Milli Ağacəkmə aksiyasına noyabrın 11-də dövlət başçısı Rəcəb Tayyib Ərdoğan start verib. Aksiya yerli vaxtla saat 11:11:11-də ölkənin 81 əyalətində dövlət rəhbərinin təşəbbüsü ilə başlayıb. Prezident özü Ankaranın Yeniməhəllə rayonundakı Batıkənt Çakırlar ərazisində ağac əkib.
Aksiyaya həsr edilmiş mərasimdə çıxış edən dövlət başçısı bildirib ki, son 17 ildə ölkədə 4,5 milyard ağac əkilib. Ölkədə meşələrin sahəsi isə 20,8 milyon hektardan 22,6 milyon hektara çatıb.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

