Benyamin Netanyahu ilə Donald Tramp arasında telefon danışığı olub

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa telefonla zəng edərək ABŞ administrasiyasının Qərb sahilində və Şərqi Qüdsdə yəhudi yaşayış məntəqələrinin inşası ilə bağlı verdiyi qərara görə təşəkkür edib.
Bu barədə hökumət başçısı özünün “Twitter” səhifəsində məlumat yayıb.
“ABŞ prezidenti Donald Tramp ilə telefonla danışdım və tarixi ədalətsizliyi düzəltdiyini söylədim. Bəzilərinə sadə həqiqəti söyləmək lazım idi. Mən prezident Trampa dedim ki, bura bizim üçün yad torpaqlar deyil, 3 min ildən çoxdur ki, vətənimizdir."
Netanyahu, ABŞ-ın son bəyanatını Fələstin tərəfi ilə danışıqlara mane olmayacağını vurğulayıb: “Əksinə, barışa öz töhfəsini verəcək. Çünki, yalanlara əsaslanan həqiqi bir sülh qurmaq mümkün deyil”.
Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, Qərb sahilində və Şərqi Qüdsdə İsrail mülki yaşayış məntəqələrinin inşası beynəlxalq hüquqa zidd deyil.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

