Bakı
20.03° Buludlu
MAŞINDA
İndi Efirdə 13:05 - 14:00 Rəfailin təqdimatında
USD - AZN
EUR - AZN

Dördgünlük iş həftəsində rusların maaşı aşağı düşəcək

Dördgünlük iş həftəsində rusların maaşı aşağı düşəcək

Rusiyada artıq xeyli vaxtdır ki, dördgünlük iş həftəsinə keçidlə əlaqəli müzakirələr davam edir. Bu məsələdə yekdil rəy formalaşmasa da, dördgünlük iş həftəsinin tətbiqindən sonra ortalığa çıxa biləcək müəyyən problemlərin cizgiləri artıq özünü göstərməkdədir. (rusiyada maaş)

Bax: Rusiyada qısaldılmış iş həftəsi haqqında qanun imzalandı
Məsələn, Rusiyada məcburi dörd günlük iş həftəsinə keçid ilə bağlı 32 saatlıq iş müddətinin tətbiqinə keçilməsi halında işçiləri əmək haqlarının azalması gözləyir. Bu haqda Demyan Kurryavtsev ailəsinə məxsus “Vedomosti” nəşri belə bir məlumat verib ki, “Rabota.ru” servis xidməti tərəfindən keçirilən sorğuda iştirak edən işəgötürənlərin 61 faizi bu qənaətdədir.

Sorğunun nəticələrinə görə, işəgötürənlərin 36 faizi hesab edir ki, həftə ərzində iş saatlarının azaldılması halında rusiyalıların əmək haqqısı dəyişməyəcəkdir. Yalnız üç faiz hesab edir ki, bu halda rusları maaşların artırılması səviyyəsi gözləyir.

Belə ki, Perm vilayətindəki Krasnokamsk mexaniki-təmir zavodundan bildiriblər ki, yerli işçilər sexlərdə həftədə dörd növbədə çalışırlar. Hər bir növbə isə səkkiz saatdan çox çəkir, o səbəbdən həftə ərzində əməkdaşların iş saatı lazım olan 40 saata bərabər olur. Lakin, məcburi dördgünlük tətbiq edildikdə, müəssisənin iş növbələrinin artırılması və işçi heyətinə əlavə əməkdaşların işə götürülməsi zərurəti yarana bilər. Bu zaman əmək haqqı fondunu böyütmək mümkün olmadığı üçün zavod işçilərin maaşlarını azaltmalıdır.

Sorğulanan işəgötürənlərin yarıdan çoxu (54 faiz) güman edir ki, məcburi dördgünlüyün tətbiqi halında rusiyalılar istirahət günlərində də əlavə çalışmalı olacaqlar. Çünki zəruri iş həcmini yerinə yetirmək lazım gələcək. Həm də həmin iş həcmi heç də az olmayacaq. Bununla yanaşı, bu cür əlavə işlərə görə ödənişlər ediləcəyinə sahibkarların yalnız beşdə biri (21%), şirkətləin isə müvafiq olaraq onda biri (12%) hazırdır. Şirkətlərin yarıya yaxını isə (44%) əməkdaşlarına əlavə işlərə görə ödəniş etmək fikrində deyillər.

2019-cu ilin yayında Rusiyanın baş naziri Dmitri Medvedev gələcəkdə dördgünlük iş həftəsinə keçidlə bağlı məsələyə baxıla biləcəyini bildirmişdi. Müstəqil həmkarlar ittifaqları federasiyasında bu ideyanı dəstəklədilər və qeyd etdilər ki, iş saatlarının azalması tendensiyası bütün dünyada müşahidə olunur. Lakin, iqtisadçıların qiymətləndirməsinə görə, dördgünlüyün tətbiqi əmək məhsuldarlığına mənfi təsir göstərə bilər ki. Bu da eyni adlı milli layihənin məqsədlərinə ziddir. Bundan əlavə, ÜDM-in artımının indiki aşağı templəri, əhalinin mənfi artımı, eləcə də işsizliyin rekord dərəcədə aşağı səviyyədə olması şəraitində ruslar yalnız iş həftəsinin davamlılığının artırılmasına ümid edə bilərlər.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi