Bakı
20.03° Buludlu
MAŞINDA
İndi Efirdə 13:05 - 14:00 Rəfailin təqdimatında
USD - AZN
EUR - AZN

II Dünya müharibəsinə görə ləğv edilən Kann Film Festivalının ilk mükafatları təqdim edilib

II Dünya müharibəsinə görə ləğv edilən Kann Film Festivalının ilk mükafatları təqdim edilib

Fransada İkinci Dünya müharibəsinin başlamasına görə 1939-cu ildə baş tutmayan ilk beynəlxalq Kann Film Festivalının mükafatları təqdim edilib.

Təntənəli mərasim ilk film nümayişinin təşəbbüskarı olan, 1936-1939-cu illərdə Fransanın təhsil naziri olmuş Jan Zenin doğma şəhəri olan Orleanda keçirilib.

Jan Ze adına əsas mükafatı ABŞ rejissoru Frank Kapranın "Mister Smit Vaşinqtona gedir" filmi qazanıb. Filmdə baş rolu canlandıran amerikalı aktyor Ceyms Stüart (1908-1997) ən yaxşı aktyor seçilib. O, bu titulu "Nigerdən olan adam" filmində oynayan fransız aktyor Harri Bor ilə bölüşüb. SSRİ Xalq artisti Marina Ladınina (1908-2003) isə İvan Pıryevin "Traktorçular" musiqili bədii filmindəki roluna görə münsiflər heyəti tərəfindən ən yaxşı aktrisa seçilib.

Fransız rejissor Kristian-Jakın (1904-1994) "Mələklər cəhənnəmi" filmi kinofestivalın münsiflər heyətinin mükafatına layiq görülüb. "Ən yaxşı ssenari" nominasiyasında qalib "Tək ana" filminə görə amerikalı rejissor və yazıçı Qarson Kanin (1912-1999) olub.

Qeyd edək ki, ilk Kann Film Festivalının 1939-cu ilin sentyabrında keçirilməsi planlaşdırılırdı. Onun yaradılması ideyası Venesiya festivalına qarşılıq olaraq 1932-ci ildə yaranmışdı. Lakin II Dünya müharibəsi səbəbindən onun keçirilməsi baş tutmayıb və nəticədə ilk festival 1946-cı ildə reallaşıb. O vaxtdan bəri 1948 və 1950-ci illər istisna olmaqla, hər il festival keçirilir.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi