Bakı
20.03° Buludlu
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - AZN
EUR - AZN

Livan parlamenti nümayişçilər tərəfindən mühasirəyə alınıb

Livan parlamenti nümayişçilər tərəfindən mühasirəyə alınıb

Livanın paytaxtı Beyrut şəhərində nümayişçilər parlament binasını mühasirəyə alıb.

Yollarda barrikadalar quran nümayişçilər parlamentə tərəf yalnız hərbi və təcili yardım maşınlarını buraxırlar ki, onlar da içəridə deputatların olub-olmamasını yoxlayırlar.

Parlament binasının yaxınlığına gələn deputat Əli Əmmar vətəndaşların mitinq keçirərək öz hüquqlarını müdafiə etməyə haqqı çatdığını bildirib.

Deputatların bir qrupu parlamentə tərəf keçmək istəsə də, nümayişçilər tərəfindən daşa basılıb, mühafizəçilər isə havaya atəş açıblar.

Lakin deputatların bir qismi parlamentə daxil olmağa müvəffəq olub. Bir qismi də nümayişçilərə dəstək olaraq iclasa gəlməyib.

Qeyd edək ki, ölkədə oktyabrın 17-dən siyasi sistemin dəyişdirilməsinə, korrupsiyaya və xidmətlərin yarıtmaz fəaliyyətinə etiraz olaraq kütləvi nümayişlərin başlamasından sonra ilk dəfə keçiriləcək parlament iclasında nümayişçilərin qarşı çıxdığı ümumi əvf qanunu da daxil olmaqla bir sıra qanunlar qəbul ediləcəkdi. Belə ki, bu qanun çərçivəsində korrupsiyada adı hallanan məmurların məsuliyyətdən yaxa qurtaracağını güman edən müxalifət həmin qanuna qarşı çıxır.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi