Bakı
20.03° Buludlu
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - AZN
EUR - AZN

AVRO-2020-yə seçmə mərhələdən son vəsiqənin sahibi müəyyənləşib

AVRO-2020-yə seçmə mərhələdən son vəsiqənin sahibi müəyyənləşib

AVRO-2020-yə seçmə mərhələ vasitəsilə vəsiqə qazanan sonuncu komandanın adı müəyyənləşib.

Uels yığmasıdır. Britaniyalılar E qrupunda son turun oyununda Macarıstana 2:0 hesabı ilə qalib gəliblər. Hər iki qolu 15-ci və 47-ci dəqiqələrdə Aaron Remsi vurub.

Bununla da xallarını 14-ə çatdıran Uels 17 xala malik Xorvatiya ilə birgə final mərhələsinə yüksəlib. Azərbaycan millisinə eyni hesabla qalib gələn Slovakiya 13 xalla qrupda 3-cü yeri tutub. 12 xala malik Macarıstan 4-cü, cəmi 1 xal qazanan Azərbaycan isə sonuncu yerdə qərarlaşıb.

Qeyd edək ki, qalan 18 vəsiqəni İngiltərə, Çexiya, Ukrayna, Portuqaliya, Almaniya, Hollandiya, İsveçrə, Danimarka, İspaniya, İsveç, Polşa, Avstriya, Fransa, Türkiyə, Belçika, Rusiya, İtaliya və Finlandiya qazanıb.

Digər 4 vəsiqənin sahibi UEFA Millətlər Liqasının 4 Liqasında keçiriləcək "pley-off" oyunlarından sonra müəyyənləşəcək.

Qalan 18 vəsiqəni İngiltərə, Çexiya, Ukrayna, Portuqaliya, Almaniya, Hollandiya, İsveçrə, Danimarka, İspaniya, İsveç, Polşa, Avstriya, Fransa, Türkiyə, Belçika, Rusiya, İtaliya və Finlandiya qazanıb. Qalan 4 vəsiqənin sahibi UEFA Millətlər Liqasının 4 Liqasında keçiriləcək "pley-off" oyunlarından sonra müəyyənləşəcək.

Digər oyunlara gəldikdə, Belçika Kipri 6:1 hesabı məğlub edərək, I qrupunu maksimum - 30 xalla başa vurub. Bunadək İtaliya da J qrupunda eyni nəticəni göstərib. Rusiya səfərdə San-Marinonu 5:0 hesabı ilə yenib. Qazaxıstan isə öndə olduğu görüşdə Şotlandiyaya 1:3 hesabı ilə uduzaraq, 3-cü pilləyə yüksələ bilməyib.

C qrupunun hər iki qarşılaşmasında böyük hesab qeydə alınıb. Almaniya Şimali İrlandiyaya 6:1, Niderland Estoniyaya 5:0 hesabı ilə qalib gəlib.

G qrupunda isə meydan sahibləri minimal fərqlə qalib gəliblər. Latviya Avstriyaya 1:0 hesabı ilə qalib gələrək, qrupu 3 xalla tamamlayıb. Polşa Sloveniyanı 3:2 hesabı ilə yenib. Şimali Makedoniya isə İsrail üzərində 1:0 hesablı qələbə sayəsində qrupu 14 xalla 3-cü pillədə başa vurub.

AVRO-2020

Seçmə mərhələ, X tur

19 noyabr

C qrupu

23:45. Almaniya - Şimali irlandiya - 6:1

Qollar: Serj Qnabri, 19; 47; 60. Leon Qoretska, 43; 73. Yulian Brandt, 90+1 - Maykl Smit, 7

23:45. Niderland - Estoniya - 5:0

Qollar: Jorjinyo Veynaldum, 6; 66; 79. Natan Ake, 19. Miron Boadu, 87

Xal durumu: Almaniya - 21 xal (8 oyuna), Hollandiya - 19 (8), Şimali İrlandiya - 13 (8), Belarus - 4 (8), Estoniya - 1 (8).

E qrupu

23:45. Slovakiya - Azərbaycan - 2:0

Qol: Robert Bojenik, 19. Marek Hamşik, 86

23:45. Uels - Macarıstan - 2:0

Qollar: Aaron Remsi, 15; 47

Xal durumu: Xorvatiya - 17 xal (8 oyuna), Uels - 14 (8), Slovakiya - 13 (8), Macarıstan - 12 (8), Azərbaycan - 1 (8).

G qrupu

23:45. Şimali Makedoniya - İsrail - 1:0

Qol: Boban Nikolov, 45+2

23:45. Latviya - Avstriya - 1:0

Qol: Martsis Oşs, 65

23:45. Polşa - Sloveniya - 3:2

Qollar: Sebastian Şimanski, 3. Robert Levandovski, 54. Yatsek Qoratski, 81 - Tim Matavj, 14. Yosip İliçiç, 61

Xal durumu: Polşa - 25 xal (10 oyuna), Avstriya - 19 (10), Şimali Makedoniya - 14 (10), Sloveniya - 14 (10), İsrail - 11 (10), Latviya - 3 (10).

I qrupu

23:45. Belçika - Kipr - 6:1

Qollar: Kristian Benteke, 16; 68. Kevin De Bruyne, 36; 42. Yannik Karrasko, 44. Xristofu Kipros, 51 (öz qapısına) - Nikolas Yannu, 14

23:45. San Marino - Rusiya - 0:5

Qollar: Daler Kuzyayev, 3. Sergey Petrov, 19. Aleksey Mirançuk, 49. Aleksey İonov, 56. Nikolay Komliçenko, 78

23:45. Şotlandiya - Qazaxıstan - 3:1

Qollar: Con Makginn, 48; 90+1. Stiven Neysmit, 64 - Baktiyor Zaynutdinov, 34

Xal durumu: Belçika - 30 xal (10 oyuna), Rusiya - 24 (10), Şotlandiya - 15 (10), Kipr - 10 (10), Qazaxıstan - 10 (10), San Marino - 0 (10).

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi