Bakı
20.03° Buludlu
MAŞINDA
İndi Efirdə 12:05 - 13:00 Rəfailin təqdimatında
USD - AZN
EUR - AZN

Günəş enerjisində inqilabi yenilik: neft və qaz dövrü tezliklə başa çata bilər

Günəş enerjisində inqilabi yenilik: neft və qaz dövrü tezliklə başa çata bilər

Bill Qeytsin dəstəklədiyi məxfi startapın məqsədi planeti xilas etməkdir

Təmiz enerji şirkəti olan "Heliogen" bəyan edib ki, Günəş şüasını əks etdirməklə 1000 Selsi dərəcədən çox istilik əldə etməyə imkan verən texnologiyanı yaratmağa müvəffəq olub. Bu maksimum temperaturu əldə etmək süni intellekt və güzgülü sahədən yararlanmaqla mümkün olub.

Əsas etibarilə "Heliogen" günəş sobasını inkişaf etdirməyə müvəffəq olub, belə ki, bu soba Günəş səthində mövcud olan istiliyin təxminən dörddə birini yaratmaq iqtidarındadır.

Günəş enerjisindəki inqilabi yenilik konkret olaraq bu mənaya gəlir: ilk dəfə olaraq günəş enerjisindən beton, polad, şüşənin yaradılması və digər sənaye proseslərinin həyat keçirilməsi üçün lazım olan ifrat istiliyi əldə etmək mümkün olacaq. Başqa sözlə desək, tərkibində karbon olmayan günəş şüası böyük karbon emissiyasına əsaslanan sənayelərdə neft, qaz və daş kömürdən ibarət fossil yanacaqlarından istifadəni əvəzləmək iqtidarındadır. İndiyəcən təmiz enerji sahəsində bu dərəcədə temperatur əldə olunmamışdı.

"Biz fossil yanacağının qiymətinə zərbə vuracaq və CO2 emissiyalarının qiymətlərini aşağı salacaq texnologiyanı yaymağa hazırlaşırıq", - "Heliogen"in təsisçisi və CEO-su Bill Qross "CNN"ə açıqlamasında deyib.

"Heliogen" şirkətini məşhur milyarder Bill Qeytsin dəstəklədiyi bildirilir. Milyarder Patrik Soon-Şionqun da dəstək verdiyi layihənin sənayədə istixana qazlarını dramatik şəkildə azaldacağı bildirilir.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi