Bakı
20.03° Buludlu
MAŞINDA
İndi Efirdə 12:05 - 13:00 Rəfailin təqdimatında
USD - AZN
EUR - AZN

Almanlar heyvanların üzərində təcrübələr aparılmasına qarşı etiraz edirlər

Almanlar heyvanların üzərində təcrübələr aparılmasına qarşı etiraz edirlər

Son zamanlar Almaniya vətəndaşları bu ölkədə heyvanların üzərində aparılan təcrübələrə qarşı tez-tez etiraz aksiyaları keçirirlər.

Bu günlərdə Hamburq liman şəhərinin təxminən 15 min sakini heyvanların üzərində aparılan eksperimentlərə görə hiddətləndiklərini bildirmək və hakimiyyət orqanlarından müvafiq laboratoriyaların bağlanmasını tələb etmək üçün küçələrə çıxıb. Aksiyanın iştirakçıları “insanın dördayaqlı dostları”na qarşı qeyri-humanist münasibətdən narazı olduqlarını bildiriblər.

Hamburq sakinlərinin etirazı təsadüfi deyil: itlərin və primatların üzərində amansız eksperimentlər aparılan farmakologiya və toksikologiya laboratoriyası (FTL) məhz bu şəhərdə yerləşir.

Etiraz aksiyasının təşəbbüskarı bu laboratoriyanın keçmiş əməkdaşlarından biri olub. Həmin şəxs vaxtilə bu laboratoriyada işə düzəlib, lakin orada eksperimentlər aparıldığını biləndə şoka düşüb. O, müvafiq videokadrları sosial şəbəkələrdə yerləşdirib. Bundan sonra ictimaiyyət o qədər şoka düşüb ki, prokurorluq xüsusi araşdırma aparmağa başlayıb.

Qeyd edək ki, Aşağı Saksoniyada və Şlezviq-Holşteyndə də farmakologiya və toksikologiya laboratoriyaları fəaliyyət göstərir. FTL-dən  bildiriblər ki, Hamburqdakı laboratoriya tezliklə bağlanacaq, amma bunun səbəbini açıqlamayıblar.

 

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi