Kanadanın yeni hökumətində 18 kişi və 18 qadın yer alıb

Kanadanın Castin Tryudonun rəhbərliyi ilə formalaşan yeni liberal hökumətinin tərkibində 18 kişi, 18 qadın daxil olmaqla, 36 nazir yer alıb.
Onlar çərşənbə günü Kanadanın başçısı, Böyük Britaniyanın kraliçası II Yelizavetaya sədaqət andı içiblər.
Tryudo yeni nazirlər kabinetində özünün əvvəlki hökumətindən 11 naziri saxlayıb. Bunlar: milli müdafiə naziri Harjit Sinqh Sajan, ədliyyə naziri (baş prokurorla birlikdə) Devid Lametti, maliyyə naziri Uilyam Mornon, nəqliyyat naziri Mark Qarnon və digərləridir.
Qeyd edilir ki, daha yeddi nəfər ilk dəfə Nazirlər Kabinetinə daxil olub. Onların arasında Kanadanın varislik və multikulturalizm məsələləri üzrə nazir portfelini almış Stiven Qilbo və Dövlət Xidmətləri, Satınalınmalar Nazirliyinə başçılıq etmiş Anita Avand da var. Bu iki siyasətçi həmçinin ilk dəfə parlamentə seçilib. Digər məmurlar hökumətdə qalıblar, amma başqa vəzifələrə, həmçinin baş nazirin məsləhətçiləri postuna keçiblər.
Castin Tryudo dörd il əvvəlki kimi indi də öz kabinetini gender bərabərliyini nəzərə alaraq formalaşdırıb. Belə ki, onun hökumətinin yarısını qadınlar təşkil edirlər.
Qeyd edək ki, Castin Tryudo yeni hökumətin hədəfləri barədə özünün "Facebook"dakı səhifəsində də yazıb. "Həyatı daha əlverişli etmək, icmalarımızı təhlükəsiz saxlamaq, iqlim dəyişikliyinə qarşı mübarizə və daha çox - Kanadalılar real nəticələr vermək üçün çox çalışacaq bir kabinetə layiqdirlər. Bu gün komandanı elan etdik, birlikdə edəcəyimiz vacib iş haqqında oxuduq", - deyə o bildirib.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

