Bakı
20.03° Buludlu
Canlı Kitab
İndi Efirdə 10:05 - 11:00 Elçin Hacının təqdimatında
USD - AZN
EUR - AZN

Alimlər Yupiterin peykində böyük su buxarı aşkar ediblər

Alimlər Yupiterin peykində böyük su buxarı aşkar ediblər

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) Qoddard adına Kosmik Uçuşlar Mərkəzinin alimləri Yupiter planetinin “Europa” təbii peykində böyük su buxarı aşkar ediblər.

Astronomlar Havay adalarındakı Kek rəsədxanasının göy cisimlərinin atmosferinin kimyəvi tərkibini müəyyən etmək üçün spektroqrafdan istifadə etməklə aparılan 17 müşahidənin nəticəsində əldə edilən məlumatları təhlil ediblər. Onlar bu qənaətə gəliblər ki, su buxarının yaranması əvvəllər hesab olunduğu kimi o qədər də aktiv baş vermir. Onlar ayrı-ayrı intensiv püskürmə nəticəsində meydana gəlirlər.

Qeyd olunur ki, hazırda peykdə maye suyun olması sübut olunmayıb, amma onun səthindən buxarlanan su bir neçə dəqiqə ərzində olimpiya hovuzunu doldurmağa bəs edər. NASA-nın qarşıdakı “Europa Clipper” missiyası 2023-cü ilədək Yupiter planetinin buzlu təbii peykinin səthini təfərrüatı ilə öyrənməyə imkan verəcək. Bu kosmik aparat təbii peykin ətrafında 45 dəfə dövr edərək kameralar, spektrometrlər və radarları vasitəsilə geniş tədqiqat aparacaq.

İyirmi il əvvəl də NASA-nın “Qaliley” kosmik gəmisi və “Hubble” kosmik teleskopu bu göy cismində buz və su buxarının olması barədə məlumatlar əldə etmişdi.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi