UEFA "Qarabağ"ın erməni təxribatı ilə üzləşdiyi stadionla bağlı ultimatum verib

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Lüksemburq "Düdelanj"ı turnirdəki növbəti APOEL-lə matçını öz stadionunda keçirməyə bilər.
Buna səbəb “Jozi Bartel” stadionunun ot örtüyünün yararsız vəziyyətdə olmasıdır. Artıq UEFA bununla bağlı klubuna ultimatum verib.
Bildirilib ki, ot örtüyünü dəyişdirmək kluba 150 min dollara başa gələcək. Lüksemburq təmsilçisinin prezidenti Romain Schumaçer UEFA nümayəndələri ilə danışıqlar aparmağa çalışdığını açıqlayıb. O, təbii örtüyü süni örtüklə əvəz etməyi təklif edib. Bu isə kluba 50 min avroya başa gələcək.
Klub ötən il eyni halla rastlaşıb. "Düdelanj" İspaniya "Betis"ini (0:0) şaxtalı havada qəbul etməli olub.
Nəşrdə qeyd olunub ki, bu mövsüm Avropa Liqasında acınacaqlı şəraitdə iki oyun keçirilib. Bunlardan biri "Qarabağ"a uduzduqları (1:4), Digəri isə İspaniya "Sevilya"sına məğlub olduqları (2:5) qarşılaşmadır. Daha sonra Lüksemburq yığması bu arenada Portuqaliyanı qəbul edib. İtaliya "Yuventus"unda çıxış edən ulduz futbolçu Kriştianu Ronaldu buranı "kartof sahəsi" adlandırıb.
"Düdelanj" - APOEL oyununun ölkədən kənarda keçirilməsi ehtimalı da var.
Qeyd edək ki, “Qarabağ”ın oktyabrın 3-də Lüksemburqda “Düdelanj”la görüşünün 30-cu dəqiqəsində ikinci qolundan sonra “Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra şotlandiyalı referi Con Biton Ağdam komandasının futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib. Matç "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 4:1.
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin A qrupunda Kipr APOEL-i ilə birgə 4 xalı var. Lakin APOEL şəxsi oyunlardakı üstünlüyü (2:1, 2:2) səbəbindən 2-ci pillədə qərarlaşıb. Növbəti mərhələni təmin edən "Sevilya"nın 12, Lüksemburq "Düdelanj"ının isə 3 xalı var. Noyabrın 28-da keçiriləcəcək "Sevilya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. Eyni vaxtda APOEL-in "Düdelanj"la səfər matçı start götürəcək. Azərbaycan komandası növbəti mərhələ şansını qorumaq üçün "Sevilya"dan xal almalı və ya APOEL-in xal itirəcəyinə ümid etməlidir.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

