UEFA APOEL-in etirazına görə matçın hakimlərini dəyişdirib

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Kiprin APOEL klubu V turda Lüksemburq "Düdelanj"ı ilə səfər matçına türkiyəli hakimlərin təyinat almasına etiraz edib.
UEFA bu qarşılaşmanı Halis Özkayaya həvalə edib, lakin Nikosiya təmsilçisi bu qərarla razılaşmayıb. APOEL UEFA-ya şikayət edib və oyunun hakimlərinin dəyişdirilməsini istəyib.
Onlar türkiyəli hakimin avrokubokda ilk dəfə Kipr klubunun matçına təyinatını qəbul etmədiklərini vurğulayıblar. APOEL həmçinin Türkiyə və Azərbaycanın yaxın münasibətlərinə görə bu təyinatı birmənalı qarşılamadığını bildirib.
Bütün bunları nəzərə alan UEFA kiprlilərin etirazını qəbul edib və matçı Canluka Rokkinin rəhbərlik etdiyi İtaliyadan olan hakimlər briqadasına tapşırıb.
Xatırladaq ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin A qrupunda Kipr APOEL-i ilə birgə 4 xalı var. Lakin APOEL şəxsi oyunlardakı üstünlüyü (2:1, 2:2) səbəbindən 2-ci pillədə qərarlaşıb. Növbəti mərhələni təmin edən "Sevilya"nın 12, Lüksemburq "Düdelanj"ının isə 3 xalı var. Noyabrın 28-da keçiriləcəcək "Sevilya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Eyni vaxtda APOEL-in "Düdelanj"la səfər matçı start götürəcək. Azərbaycan komandası növbəti mərhələ şansını qorumaq üçün "Sevilya"dan xal almalı və ya APOEL-in xal itirəcəyinə ümid etməlidir.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

