Britaniyada ölkə tarixində ən böyük qızıl sikkə hazırlanıb

Böyük Britaniyanın Kral Sikkə Evi (Royal Mint) Birləşmiş Krallıq tarixində ən böyük kolleksiya qızıl sikkəsi hazırlayıb.
Sikkənin diametri 17,5 sm, çəkisi 5 kq və nominal dəyəri 5 min funt sterlinqdir (6,4 min dollar).
Hələlik “Dahi nişanlar” seriyasından yalnız bir belə sikkə vurulub. Onun üzərində Kraliça Viktoriyanın (1819-1901) 1828-ci ildən 1851-ci ilə qədər “Royal Mint”in baş nişançısı olmuş Vilyam Vayon tərəfindən hazırlanmış təsviri var. Sikkənin digər üzündə isə yanında şir aparan monarx təsvir edilib. Heyvanlar kralı Britaniya imperiyasının simvoludur.
Nəhəng sikkə yaradılarkən həm ənənəvi oyma üsullarından, həm də müasir texnologiyalardan istifadə edilib. 1839-cu ildə buraxılmış ilk – orijinal sikkənin dizaynı dəqiq şəkildə təkrarlamaq üçün elektron skandan istifadə edilib.
Sikkə artıq satılıb, qiyməti açıqlanmayıb.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

