Son 10 ilin ən yaxşı 40 ekran əsərinin siyahısı dərc edilib

Britaniyanın nüfuzlu “The Independent” nəşri son 10 ilin ən yaxşı 40 ekran əsərinin siyahısını dərc edib. Birinci yerə rejissor Barri Cenkinsin lentə aldığı “Ay işığı” filmi layiq görülüb. Bu kinorejissor müasir kinematoqrafın ən görkəmli nümayəndəsi hesab edilir. Onun filmi 2017-ci ildə üç “Oskar” mükafatı alıb.
Siyahıda ikinci yeri rejissor Todd Heynsin “Kerol” bədii filmi tutur. 1950-ci illərin Nyu-Yorkunda iki qadının münasibətlərindən bəhs edən ekran əsərini dərin romantik və dramatik film adlandırıblar. Baş rolun ifaçısı Keyt Blanşet və onun filmdə tərəfdaşı Runi Mar “Oskar” mükafatına namizəd göstərilib, lakin hər iki aktrisa mükafatsız qalıb.
Üçüncü yerdə Cordan Pilin “Rədd ol” trilleri qərarlaşıb. Jurnalistlərin qənaətinə görə, bu ekran əsəri XXI əsrin əxlaqi dəyərlərinin ən yaxşı təcəssümüdür. Sonrakı yerləri Pol Tomas Andersonun “Şəffaf ip”, Koen qardaşlarının “Lyuin Devisin içindəki” filmləri tutur. İlk onluğa daxil edilmiş filmlər arasında “Amerika gözəli”, “Paddinqtonun macəraları 2”, “Dəli Maks: Qəzəb yolu”, “Sən heç vaxt burada olmamısan” və “XX əsrin qadınları” bədii filmləri də var.
Bu ilin iyulunda “IndieWire” nəşrinin jurnalistləri də son onilliyin ən yaxşı filmlərinin siyahısını tərtib ediblər. Həmin siyahıda da birinci yerə “Ay işığı” filmi layiq görülüb.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

