Çempionlar Liqası: "Barselona" "Borussiya"nı, "Liverpul" "Napoli"ni qəbul edəcək - AFİŞA

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq.
İkinci oyun günündə E,F,G və H qruplarındakı komandalar qarşılaşacaq.
Turnirin son qalibi "Liverpul" İngiltərədə İtaliyanın "Napoli" klubunu qəbul edəcək. Mersisayd təmsilçisi qələbə sayəsində digər görüşün nəticəsindən asılı olmayaraq 1/8 finala yüksələcək. E qrupunun digər matçında "Genk" Belçikada Avstriya "Zaltsburq"u ilə üz-üzə gələcək.
F qrupunda İspaniya "Barselona"sı Almaniyanın "Borussiya" (Dortmund) kollektivini qəbul edəcək. İtaliya "İnter"i isə Çexiyada "Slaviya"nın (Praqa) qonağı olacaq. İspaniyadakı görüşdə qələbə qazanan tərəf növbəti mərhələyə vəsiqəni təmin edəcək. "İnter" isə şanslarını qorumaq üçün mütləq rəqibini məğlub etməlidir.
Rusiyanın "Zenit" klubu G qrupunda Fransa "Lion"unu qəbul edəcək. Digər görüşdə isə "Leyptsiq" Almaniyada Portuqaliyanın "Benfika" komandasını sınağa çəkəcək. Almaniya klubuna növbəti mərhələ üçün heç-heçə də kifayətdir. "Lion" Rusiyada qələbə qazana bilsə, "play-off"u rəsmiləşdirəcək. Bu isə "Zenit"in şanslarını itirməsi deməkdir.
Nəhayət H qrupunda "Valensiya" İspaniyada İngiltərənin "Çelsi" klubu, "Lill" isə Fransada Hollandiyanın "Ayaks" kollektivi ilə qarşılaşacaq. Qrupda 3 komandanın 7 xalı var. London klubu şəxsi oyunlarda rəqiblərindən öncə olduğu üçün qələbə sayəsində 1/8 finala vəsiqə qazanacaq. "Valensiya" da qalib gəlsə, istəyinə nail olacaq. “Ayaks” istənilən halda şansını saxlayacaq. Komandanın pley-offa yüksəlməsi və ya şansnı itirməsi heç bir halda bu turda dəqiqləşə bilməz.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
27 noyabr
E qrupu
24:00. "Liverpul" (İngiltərə) - "Napoli" (İtaliya)
24:00. "Genk" (Belçika) - "Zaltsburq" (Avstriya)
Xal durumu: "Liverpul" - 9, "Napoli" - 8, "Zaltsburq" - 4, "Genk" - 1.
F qrupu
24:00. "Barselona" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)
24:00. "Slaviya" (Praqa, Çexiya) - "İnter" (İtaliya)
Xal durumu: "Barselona" - 8, "Borussiya" - 7, "İnter" - 4, "Slaviya" - 2
G qrupu
21:55. "Zenit" (Rusiya) - "Lion" (Fransa)
24:00. "Leyptsiq" (Almaniya) - Benfika" (Portuqaliya)
Xal durumu: "Leyptsiq" - 9, "Lion" - 7, "Zenit" - 4, "Benfika" - 3
H qrupu
21:55. "Valensiya" (İspaniya) - "Çelsi" (İngiltərə)
24:00. "Lill" (Fransa) - "Ayaks" (Hollandiya)
Xal durumu: "Ayaks" - 7, "Çelsi" - 7, "Valensiya" - 7, "Lill" - 1.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

