Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Tədqiqat: 2020-ci ildə humanitar sahələr üzrə təhsil almış mütəxəssislərə tələbat kəskin artacaq

Tədqiqat: 2020-ci ildə humanitar sahələr üzrə təhsil almış mütəxəssislərə tələbat kəskin artacaq

Texnologiyalar inkişaf edir və demək olar ki, hər bir biznes müəyyən mənada texniki olur və valideynlər övladlarının bu sahə üzrə təhsil almalarını üstün hesab edirlər. Lakin ekspertlərin fikrincə, proqramçı olmaq gərək deyil və 2020-ci ildə humanitar sahə üzrə təhsil almış mütəxəssislərə tələbat kəskin artacaq.

“Future Workplace”-ın tədqiqatlar üzrə direktoru və karyera inkişafına dair bir neçə kitabın müəllifi olan Den Şobel, “LinkedIn” də əmək bazarının 2020-ci ildə əsas tendensiyaları təqdim edib. Onlardan biri – humanitar sahə üzrə təhsil almış mütəxəssislərə tələbatın kəskin artmasıdır.

“Süni intellekt texniki bacarıqları avtomatlaşdırmağa və yaradıcılıq, kommunikasiya və empatiya kimi bacarıqlara tələbatı stimullaşdırmağa davam edəcək. Buna görə də, humanitar elmlər yenidən populyarlaşacaq”.

“McKinsey” in analitikləri qeyd edirlər ki, humanitar bacarıqların avtomatlaşması ehtimalı çox azdır.

“Gələcəkdə şirkətlər süni intellekt və maşın öyrənməsinə daha çox etibar etməli olduqları üçün dəqiq cavabı olmayan bir çox suallarla rastlaşacaqlar. Qiymətləndirmə mühakimələrini formalaşdırmaq bacarığının əhəmiyyəti artacaq”, – deyə “Shift” işlənmiş avtomobillərin satışı platformasının qurucularından biri  Corc Arison qeyd edir.

Onun sözlərinə görə, əgər “Facebook” un moderatorları kommunikasiyalar, tarix və etika kimi sahələrdə daha məlumatlı olsaydılar, saxta xəbərlər və sosial şəbəkələrdə söz azadlığı kimi problemlərin öhdəsindən daha yaxşı gələ bilərdilər.

“Bizim insanları, prosesləri və texnologiyaları birləşdirə biləcək mütəxəssislərə ehtiyacımız var”, – deyə “Shift” in baş direktoru Tobi Rassel bildirir.

Stenford Universitetinin psixologiya mütəxəssisi Nir Eyal 2020-ci ildə işçinin sahib olmalı olduğu əsas bacarığı adlandırdı. Onun sözlərinə görə, müasir işçilər əsas iki növə bölünürlər – digər insanların diqqətini və həyatını idarə etməyə imkan verənlər və “qürurla” özlərini “sarsılmaz” adlandıra bilənlər.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi