Dünyada ən geniş yayılan dillər - Rusdillilər kəskin azalıb - STATİSTİKA

Dünyada rus dilini öyrənənlər və rusdilli insanların sayı kəskin azalmaqda davam edir.
Ölkənin Təhsil Nazirliyinin hesablamalarına görə, 2018-ci ildə dünyada rus dilinin daşıyıcıları Sovet İttifaqının dağıldığı 1991-ci illə müqayisədə 2 dəfə azalıb.
Belə ki, əgər 1990-cı illərin əvvəllərində rus dilini öyrənənlərin sayı 74,6 milyon idisə, 2004-cü ildə bu rəqəm 51,2 milyona, 2018-ci ildə isə 38,2 milyon nəfərə qədər geriləyib.
Keçmiş sovet respublikalarını istisna etməklə isə rus dilini öyrənənlərin sayı 20 milyondan 1 milyon nəfər qədər geriləyib.
Geriləmə postsovet məkanında da özünü göstərib. Belə ki, rus dilində danışanların sayı bu ölkələrdə 119,5 milyon nəfərdən 82,5 milyon nəfərə qədər azalıb.
Buna baxmayaraq, rus dili dünyada ən geniş yayılmış 10-cu dil hesab olunur. Bu dildə 235 milyon insan danışır.
Dünyada ən geniş yayılmış dil ingilis (1,5 milyard daşıyıcı) hesab olunur. Növbəti pillələrdə Çin dili (1,4 milyard daşıyıcı), hind dili (650 milyon daşıyıcı), ispan dili (521 milyon daşıyıcı), ərəb dili (370 milyon daşıyıcı), İndoneziya dili (292 milyon daşıyıcı), fransız dili (280 milyon daşıyıcı), portuqal dili (265 milyon daşıyıcı), benqal dili (263 milyon daşıyıcı) yer alıb.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

