Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

İtaliya parlamentinin iclasında millət vəkili sevgilisinə evlənmə təklif edib

İtaliya parlamentinin iclasında millət vəkili sevgilisinə evlənmə təklif edib

taliya parlamentinin noyabrın 28-də keçirilən iclasında çıxış üçün söz alan millət vəkili Flavio Di Muro sevgilisinə evlənmə təklif edib. Videokamera görüntülərində Elisa adlı qızın təklifə nə cavab verdiyi başa düşülmür. Lakin İtaliya mətbuatı onun evlənməyə razı olduğunu yazıb.

LİG müxalifət partiyasının təmsilçisi olan Flavio Di Muro ölkədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məsələsinin müzakirə olunduğu iclasda qəfildən söz alıb. “Bu gün mənim üçün çox əlamətdardır”, - deyən millət vəkili nişan üzüyünü çıxarıb və əlavə edib: “Hörmətli məclis sədri, icazə verin sizə deyil, ziyarətçi sıralarına müraciət edim. Elisa, mənimlə evlənməyə razısan?”.

Həmkarları Flavionu alqışlarla təbrik ediblər, amma spiker Roberto Fiko narazılığını bildirib: “Hörmətli deputat Di Muro, hər şeyi başa düşürəm, amma parlamentdə çıxışdan bu məqsədlə istifadə etmək çox uyğunsuzdur”, - deyə o əlavə edib.

Lakin spikerdən sonra çıxış edən qadın deputat Stefania Pezzopane təbriklərə qoşularaq bildirib ki, parlamentin iclasına “eşq möhürünün” vurulması onu olduqca məmnun edib.

Sosial mediada isə millət vəkilinin zəlzələnin fəsadları kimi ciddi məsələnin müzakirəsində evlənmə məsələsini gündəmə gətirməsi etirazlara səbəb olub. Bəzi statuslarda Di Muronun bu jestinin qanunverici orqana hörmətsizlik olduğu, İtaliya parlamentinin televiziya şousuna çevrildiyi yazılıb.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi