Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

AVRO-2020-nin biletlərinə rekord sayda sifariş qəbul olunub

AVRO-2020-nin biletlərinə rekord sayda sifariş qəbul olunub

Futbol üzrə 2020-ci il Avropa çempionatı üçün satışa çıxarılmış biletlərin ilkin fazası rekord müəyyənləşdirib.

UEFA 19,3 milyon bilet üçün ərizə alıb. Halbuki, AVRO-2020-nin analoji dövrü üçün 11 milyon sifariş qəbul edilmişdi.

12 iyul 2020-ci ildə İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda təşkil olunacaq qarşılaşması üçün 1,9 milyon bilet istənilib. Bu, stadionun tutumundan 22dəfə çoxdur və AVRO-2020-nin 51matçı arasında ən yüksək tələbatlısıdır.

İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda 12 iyun 2020-ci ildə keçiriləcək açılış oyununa isə 540 min və ya stadionun tutumundan 8 dəfə çox ərizə gəlib. Ümumilikdə, sifarişlər 213 ölkədən daxil olub.

Bu ayın sonlarında atılacaq püşk nəticəsində təsdiqlənən ərizələrin sahibləri müəyyənləşəcək. Bu barədə azarkeşlərə avqustun ortalarınadək məlumat veriləcək. Ərizələri qalib sayılan azarkeşlər bildirişləri elektron poçt vasitəsilə qəbul etdikdən 10 gün sonra biletləri almalıdırlar.

Bilet üçün növbəti ərizə imkanı dekabrın sonlarında - final mərhələsinin püşkatmasından sonra olacaq. Komandaları final mərhələsinə yüksəlmiş azarkeşlər biletləri öz milli assosiasiyaları vasitəsilə əldə edə bilərlər. Ərizə vermək üçün milli assosiasiyaların müəyyənləşdirdiyi meyarlara cavab vermək lazımdır.   

Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. 

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi