Futbol üzrə 2020-ci il Avropa çempionatının final turnirinin püşkatma mərasimi Buxarestdə keçiriləcək

Futbol üzrə 2020-ci il Avropa çempionatının final turnirinin püşkatma mərasimi bu gün Buxarestdə keçiriləcək.
Çempionatın matçları Sankt-Peterburq, Münxen, Bakı, Roma, Kopenhagen, Buxarest, Amsterdam, Dublin, Bilbao, Budapeşt, Qlazqo və London şəhərlərindəki stadionlarda oynanılacaq. Azərbaycan paytaxtında keçiriləcək oyunlar Bakı Olimpiya Stadionunda baş tutacaq.
Əvvəlcə matçların 13 şəhərdə keçirilməsi planlaşdırılırdı, amma Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) qərarı ilə Brüssel bu siyahıdan çıxarılıb. Bu qərar Belçika hökumətinin uzun müddət stadionların turnirə hazırlığına təminat verməməsi ilə əlaqədardır. Bundan sonra qalan 12 şəhər ərazi baxımından altı cütlüyə bölünüb. Belə ki, bir şəhərdən o birinə təyyarə ilə uçuş müddəti iki saatdan artıq olmamalıdır. Avro 2020-nin qardaşlaşmış şəhərləri belə yaranıb: “A qrupu” – İtaliya-Azərbaycan, “B qrupu” – Rusiya-Danimarka, “C qrupu” – Niderland–Rumıniya, “D qrupu” – İngiltərə-Şotlandiya, “E qrupu” – İspaniya-İrlandiya, “F qrupu” – Almaniya-Macarıstan.
İkinci və üçüncü səbətə düşən Rusiya və Danimarka Avropa çempionatını sinxron şəkildə keçən yeganə cütlük olub. Sankt-Peterburq və ya Kopenhagendə onların arasında matç keçiriləcəyi məsələsi isə sual olaraq qalırdı. Noyabrın 22-də keçirilmiş xüsusi püşkatmanın nəticələrinə görə məlum olub ki, bu görüş Danimarka paytaxtında baş tutacaq. Beləliklə, rusiyalılar doğma stadionda iki, danimarkalılar isə üç matçın hamısını keçirəcəklər.
UEFA-nın irəli sürdüyü daha bir qayda isə ondan ibarətdir ki, turnirdə təşkilatçı qismində çıxış edən yığma komandalar ən azı iki matçı öz sahələrində keçirəcəklər. Bu səbəbdən birinci səbətdə püşkatma nəticəsində komandalardan yalnız Rusiya nəzəri cəhətdən Belçika və Ukrayna ilə baş-başa qalacaq, lakin UEFA İcraiyyə Komitəsinin son qərarı ilə rusiyalılar qrup mərhələsində oynaya bilməyəcəklər. Beləliklə, Çerçesovun baş məşqçi olduğu komandanın qarşısında bir komanda - Belçika yığması qalıb. Rusiya yığması dördüncü səbətdən qrupa düşəcək komandanı gözləməli olacaq, lakin turnirin spesifik formatı nəzərə alınarsa, hazırda bu qrupa təkcə Finlandiya və Ukrayna komandalarının daxil olması təmin edilib.
2020-ci ilin martında Avropa çempionatına daha dörd vəsiqə uğrunda matçlar keçiriləcək. Bu matçlar Millətlər Liqasında çıxışlarına görə vəsiqə almış komandalar – İslandiya, Bosniya və Herseqovina, Slovakiya, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya, Gürcüstan, Şimali Makedoniya, Kosovo və Belarus yığmalarının iştirakı ilə keçiriləcək.
Püşkatma günü səbətlərin tərkibi aşağıdakı kimi olacaq: 1) Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna; 2) Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya; 3) Portuqaliya Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya; 4) Uels, Finlandiya, A, B, C, D alt qruplarında iştirak edəcək İslandiya, Bosniya və Herseqovina, Slovakiya, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya, Gürcüstan, Şimali Makedoniya, Kosovo və Belarus yığmalarının arasında matçların qalibləri.
2020-ci ilin Avropa çempionatının matçları iyunun 12-dən iyulun 12-dək keçiriləcək. Onlardan birincisi Roma Olimpiya stadionunda İtaliya yığmasının iştirakı ilə, final matçı isə Londonun “Uembli” stadionunda baş tutacaq.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

