Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

ABŞ Fransanı 2,4 milyard dollarlıq məhsullara rüsum tətbiq edəcəyi ilə hədələyib

ABŞ Fransanı 2,4 milyard dollarlıq məhsullara rüsum tətbiq edəcəyi ilə hədələyib

Fransanın ABŞ şirkətləri ilə bağlı vergi tətbiq etməsinə cavab olaraq Birləşmiş Ştatlar təxminən 2,4 milyard dollar məbləğində fransız mallarına rüsum tətbiq edə bilər.

 Bu barədə ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsinin bəyanatında deyilir.

"ABŞ-ın nümayəndə aparatı 1974-cü ilin ticarət haqqında qanununun (Qanun ədalətsiz ticarət partnyorlarına qarşı mümkün sanksiyaları nəzərdə tutur - red) 301-ci maddəsi çərçivəsində araşdırmanın birinci mərhələsini qurtarıb və bu nəticəyə gəldi ki, Fransa rəqəmli vergi ilə ABŞ şirkətlərinə qarşı ayrıseçkilik edir", - deyə Robert Laythayzerin rəhbəri olduğu qurumdan bildirilib. 

Aparat bu qərarı ilə ABŞ-ın Birləşmiş Ştatların şirkətlərinə qarşı diskriminasiyaya yol verənlərə qarşı tədbirlər görəcəyi barədə xəbərdarlıq edib. 

Qeyd edək ki, Fransa ilə ABŞ arasında Biarris şəhərində keçirilən G-7 sammiti çərçivəsində rəqəmli xidmətlər göstərən 7 ən iri şirkətin vergiyə cəlb olunmasına dair ilkin razılıq əldə edilib. Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno le Mer, ABŞ maliyyə katibi Steven Mnuçin və ABŞ Milli İqtisadi Şurasının direktoru Larri Kudlou arasında əldə edilmiş razılaşmaya əsasən, Fransa bu ölkədəki mövcud vergi ilə 2020-ci ildə İqtisai Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən qəbul ediləcəyini gözlədikləri vergi mexanizmi arasındakı fərqi sözügedən şirkətlərə ödəməlidir.

Fransada milli rəqəmli verginin tətbiqi Avropa Komissiyası tərəfindən təklif olunmuş vergi layihəsinin Avropa İttifaqı İqtisadiyyat və Maliyyə Şurası tərəfindən qəbul edilməsindən sonra baş tutub. Fransa prezidenti Emmanuel Makron da həmin verginin beynəlxalq miqyasda məsələnin həlli tapılanadək atılan müvəqqəti addım olduğunu dəfələrlə vurğulayıb.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi