AVRO-2020: Türkiyə millisini Bakıdakı hər oyununda 50 min azarkeş dəstəkləyəcək

UEFA AVRO-2020-nin ümumi bilet satışına dekabrın 4-dən başlayacaq.
Biletlərin hamısı Avropa futbol qurumu tərəfindən satılacaq. İyunun 12-də Romadakı "Olimpiko" stadionunda İtaliya və Türkiyə yığmaları arasında keçiriləcək açılış oyununu canlı izləmək istəyənlər ən azı 50 avro ödəyəcək. Türkiyə millisinin azarkeşlərinə 24 min bilet veriləcək. Lakin İtaliya vətəndaşı olan və Avropa ölkələrində yaşayan çoxlu sayda türkün də "ay-ulduzlular"a dəstək verəcəyi gözlənilir.
Digər matçların biletlərinə gəlincə, UEFA milli gəlir səviyyəsini nəzərə alaraq, Bakı və Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək qarşılaşmalara girişi 30 avrodan edib. Qalan şəhərlərdəki oyunlara baxmaq üçün isə minimum 50 avro ödəmək lazım gələcək. Ən bahalı bilet isə 945 avroya olacaq.
UEFA Bakıdakı qarşılaşmalar üçün Türkiyə millisinə və rəqiblərinə hər oyun üçün 20 min bilet verəcək. 30 min bilet isə ev sahibi olan Azərbaycana veriləcək. Bu isə "ay-ulduzlular"ı 70 min tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda hər oyunda 50 min azarkeşin izləyəcəyi anlamına gəlir. Xarici fanatlara Heydər Əliyev Beynəlxalq Aeroportunda 1 aylıq viza veriləcək.
Qeyd edək ki, Türkiyə millisi Bakıda A qrupunun 2 oyununu keçirəcək. İyunun 17-də rəqib Uels, iyunun 21-də isə İsveçrə olacaq. Bakı Olimpiya Stadionundakı ilk qarşılaşma isə iyunun 13-də Uels və İsveçrə milliləri arasında təşkil ediləcək.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

