Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Doğuşun qadağan edildiyi, hər kəsin silahla gəzdiyi adalar

Doğuşun qadağan edildiyi, hər kəsin silahla gəzdiyi adalar

Şimal Qütb dairəsində yerləşən, qar və buzlaqlar diyarı Şpitsberqen arxipelağı zəngin yabanı həyatı və coğrafiyası ilə diqqət çəkir.

Xüsusilə Şpitsberqen və Lonqyir adalarındakı həyat diqqətçəkicidir. Bu bölgə həm də “qadağalar adası” da adlandırılır.

“Şpitsbergen” adı “təpəli təpələr” mənasını verir. Bu adı adaya 1956-cı ildə Şimal Dənizi rotasını axtararkən adanı təsadüfən kəşf edən hollandiyalı Uilyam Barents verib. Adaları daha əvvəl 1194-cü ildə Vikinqlərin də kəşf etmə ehtimalı irəli sürülür. Çünki Svalbard adı (Şpitsberqen) ilk dəfə X VƏ XI əsrdəki İslandiya dastanlarında çəkilir.

Adaların ümumi sahəsi 39 min kvadrat kilometrdir. 450 kilometr uzunluğu, 225 kilometr eni var.

Şpitsberqen iyunda dünyada 24 saat günəşin üfüqdə olduğu məhdud sayda yerlərdən biridir. Arxipelaqda 2 minədək insan yaşayır. Lonqyir adasında isə bir universitet fəaliyyət göstərir.

Şpitsberqendə 5 fəsil var: yaz, yay, payız, qaranlıq qış və normal qış. Qaranlıq qış və ya qütb gecəsi kimi tanınan fəsildə günəş çıxmır və fevral-mart ayları alaqaranlıq olur.

Normal qışda isə göy üzü və təbiət mənzərəsi saatlara görə rəngini dəyişir.

Arxipelaqda yaşayan insanların çoxu turizm və ya kömür mədənlərində işləmək məqsədilə gələnlərdir.

Arxipelaqda maraqlı qadağalardan biri burada qadınlara doğuşun icazə verilməməsidir. Səbəbi isə onların kişilərdən təcrid olunmasının qarşısını almaqdır. Təqaüd yaşına çatanların da adalarda yaşaması qadağandır. Onlar axipelaq idarəçiləri tərəfindən başqa adalardan göndərilirlər.

Digər qaydaya görə, arxipelaqdakı hər kəs silahla gəzməlidir. Bu, insanları Qütb ayılarının hücumlarından qorumaq üçündür. Silah ayıları öldürmək üçün yox, havaya atəş açmaq üçün lazım olur.

40-dək ölkənin burada məskən salmaq hüququ var. Bu qərar 1920-ci ildə “Svalbard müqaviləsi”ndən sonra verilib. Ancaq bu gün həmin hüququndan Rusiya və Norveç isitfadə edir.

Lonqyir və Şpitsberqen rəsmi olaraq Norveçin sərhədləri daxilində hesab edilir.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi