Dünya tarixinin sirrini açan “Rozetta daşı”

Fransız imperatoru Napoleon Bonapartın əsgərlərinin 1799-cu il iyulun 15-də Misirin Rəşid qəsəbəsində qazıntı apararkən tapdıqları daş dünya tarixinin ən böyük sirrini açmağa kömək edəcək. Hazırda Londondakı “British Museum”da saxlanılan bu qədim kitabə ziyarətçilərin böyük marağına səbəb olub.
Misir çarı V Ptolemeyin hakimiyyətinin birinci ili şərəfində kahinlər şurası tərəfindən yazılan və məbəddə saxlanılan bu daşın üzərindəki mətndə onların hökmdara sədaqəti ifadə olunub. Bu cür yazılı kitabələrdən biri də Misirin Memfis bölgəsindəki məbədə göndərilib. Bəs ilk baxışdan sadə olan bu mətn nədən arxeoloqların böyük marağına səbəb olub? Bunun səbəbi “Rozetta daşı”nın üzərində dünyanın ən qədim çoxdilli mətninin olmasıdır. Ağırlığı 760 kq və eni 72 sm olan bu kitabə qranitdən hazırlanıb. Misir xalqının, kahinlərin və əyanların onu rahat oxuması üçün üç fərqli dildə yazılan mətn heroqliflərin sirrini açmağa çalışan paleoqraflar üçün ən əlverişli imkandır.
Eramızdan əvvəl 196-cı ildə yazılan bu kitabənin üzərində eyni mətn demotik (həmin dövrdə Misirdə gündəlik istifadə edilən dil), antik yunan (hökmdarların dili) və heroqliflə yazılıb. Bir hissəsi qırılmış daşın üzərində 14 heroqlif, 32 sətir demotik və 53 sətir də antik yunan yazısı var. Alimlərin tədqiqatlarına görə, heroqlif yazısı eramızın IV əsrindən sonra istifadə olunmayıb və bu əlifba ilə bağlı məlumatlar tədricən yox olub. “Rozetta daşı” üzərində antik yunan hərflərini oxuyan mütəxəssislər bu üsulla heroqliflərin sirrini açmağa çalışırlar. İngilis fiziki Tomas Yanq birinci heroqliflərin Ptolemeyin adı ilə bağlı olduğunu tapan ilk mütəxəssis olub. Sonradan fransız alimi Jan-Fransua Şampollion heroqliflərin Misirin gündəlik kıpti dilindəki səsləri göstərdiyini kəşf edib və onların sirrini böyük həcmdə açıb.
Napoleonun Misirdə məğlub olmasından sonra 1801-ci ildə imzalanan İsgəndəriyyə müqaviləsinin şərtlərinə görə, fransızların bu ölkədə tapdıqları qədim abidələr ingilislərin nəzarətinə keçib və “Rozetta daşı” 1802-ci ildə İngiltərənin Portsmut limanına gətirilib və Kral III Georqun əmri ilə “British Museum”a verilib.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

