ABŞ Nümayəndələr Palatasındakı Demokratlar Prezident Trampa impiçment elan edəcəklər

BŞ Nümayəndələr Palatasının komitə sədrləri bu gün Prezident Donald Trampa impiçment elan etməyi planlaşdırırlar.
Bunu Nümayəndələr Palatasının xarici işlər komitəsinin sədri Eliot Engel məhkəmə işləri üzrə komitədə dinləmələrdən sonra elan edib. Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin təhqiqat üzrə direktoru Daniel Qoldman qanunvericilərə 300 səhifəlik məruzə təqdim edib.
Məruzə bir neçə həftə ərzində aparılmış ictimai və özəl dinləmələrin nəticələrinə əsaslanır. İfadə verən şəxslər təsdiqləyiblər ki, Tramp Ukrayna hökumətinə təzyiq göstərib, bu ölkəyə hərbi yardımı dayandırmaq və Ukrayna Prezidenti ilə Ağ evdə görüşərək ondan Donald Trampın siyasi rəqibi Co Bayden barəsində təhqiqat aparılmasını tələb edib.
Engel Nümayəndələr Palatasının sədri Nensi Pelosi ilə görüşdən sonra jurnalistlər qarşısında çıxışında bildirib ki, Nümayəndələr Palatasının müvafiq komitələrinin sədrləri Cerri Nadler, Adam Şiff, Maksin Uoters və Kerolin Melouni dekabrın 10-da impiçment təqdim olunmasını elan edəcəklər.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

