İlin ən çox maraq doğuran məsələləri açıqlanıb

Bu ilin ən çox maraq doğuraraq müzakirə olunan mövzuları “Game of Trones” (“taxt-taclar oyunu”) serialı, "Paris Notr-Dam" kilsəsində yanğın və ABŞ prezidenti Donald Tramp olub.
Bu “Twitter” sosial şəbəkəsinin tərtib edərək paylaşdığı ilin ən çox müzakirə edilən mövzuları reytinqində əksini tapıb.
İlin ən çox müzakirə olunan xəbərləri arasında tarixi "Paris Notr-Dam" kilsəsində 15 aprel tarixində baş verən və qülləsinin uçmasına səbəb olan yanğın, Yaponiyada 1 may tarixində yeni imperator Naruhitonun taxt-taca əyləşməsilə Heisei dövrünün başa çataraq Reiva dövrünün başlaması, Venesuelada yanvar ayında başlanan kütləvi etiraz nümayişləri nəticəsində müxalifət lideri Xuan Quaidonun özünü müvəqqəti dövlət başçısı elan etməsi ilk üç yerdədir.
Onluqda həmçinin “Brexit”, Yaponiyanı vuran “Hagibis” tropik qasırğası, Amazon hövzəsindəki meşə yanğınları, Honkonqdakı etirazlar, iqlim dəyişikliyilə bağlı nümayişlər, Yeni Zelandiyanın Kristçörç şəhərinin məscidində terror, ABŞ-da Demokrat Partiyasının seçkiöncəsi müzakirələri daxildir.
İlin ən çox müzakirə olunan şəxsləri ABŞ prezidenti Donald Tramp, sələfi Barak Obama, Hindistanın baş naziri Narendra Modi, daha sonra ABŞ-ın gənc senatoru Aleksandra Okasio Kortez, Braziliya prezidenti Jair Bolsonaro, ABŞ prezidentliyinə namizədlər - Berni Sanders və Co Baiden, keçmiş namizəd Hillari Klinton, Fransa prezidenti Emanuel Makron, Rusiya prezidenti Vladimir Putin olub.
Ən çox müzakirə olunan seriallar “Game of Trones”, “Stranger Things” və “Simpsons” cizgi seriallarıdır.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

